Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dəbdəbəli yas mərasimi keçirənlər cəzalanacaq? - KOMİTƏDƏN AÇIQLAMA

Azərbaycanda yas məclislərində israfçılıqla mübarizənin gücləndiriləcəyinə dair açıqlamalar verilsə də bir sıra problemlər hələ də qalmaqdadır. Əhali arasında aparılan maarifləndirmə işlərinə baxmayaraq, qadağalara heç də həmişə əməl olunmur. Belə olan təqdirdə tələblərə riayət etməyənlərə qarşı hansı cəza tədbirləri həyata keçirilə bilər?

Məsələyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aranın mövqeyini öyrənməyə çalışdıq.

S. Aran Simsar.az-a bildirib ki, tarix boyu xalqımız sosial münasibətlərdə çətinlik və mürəkkəbliyi deyil, sadəliyi, səmimiliyi və rahatlığı öndə tutub.

Buna baxmayaraq, cəmiyyətdə bəzən elə adətlər meydana çıxıb ki, onlar mütərəqqi mahiyyətdən uzaq olub və tədricən isə sosial problemə çevrilib:

“Belə hallarda zamana uyğun dəyişikliyə məruz qalması vacib olur. Bu baxımdan yas mərasimlərində israfçılığın aradan qaldırılması artıq sosial sifarişdir və hər kəs tərəfindən dəstəklənir”.

S. Aran deyib ki, əslində cəmiyyətin bütün təbəqələri yas mərasimlərində israfçılığa qarşı çıxsa da, bu istək ictimailəşə bilmədi.

İnzibati tədbirlərin həyata keçirilməsinə gəlincə S. Aran bunun qeyri-mümkün olduğunu da söyləyib: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yas mərasimlərində qaydaları pozanlara qarşı inzibati cəza tədbirlərinin tətbiqi ilə bağlı göstəriş verə bilməz. Komitənin işi xalqdan gələn sosial sifarişə dəstək verməkdir. Bu mənada qaydaları pozanlara qarşı inzibati cəza tədbirləri yalnız xalq tərəfindən veriləcə bilər. Yəni dövlət tərəfindən dəbdəbəli yas mərasimi təşkil edənlərə qarşı inzibati cəza qaydalarının tətbiqi düşünülməyib. Onlar  xalqın ağsaqqalları, nüfuzlu şəxslər, din xadimləri  tərfəfindən maarifləndiriləcək”.

O əlavə edib ki, zərurət duyulduğu təqdirdə bu məsələ Milli Məclis səviyyəsində də müzakirə oluna bilər.

Aysel Kərimova

Simsar.az







16 Sentyabr, 2014  15:56 Baxılıb: 1036 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner