Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Ağdam yolu üçün dövlətə müraciət etdi

Millət vəkili Qənirə Paşayeva Tovuzun ön cəbhə kəndlərindən olan Ağdamda bir sıra  sakinlərlə görüşüb.  Görüş zamanı kənd sakinləri xahiş ediblər ki, rayondan kəndə gələn yolun ön cəbhə nöqtəsinə qədər yaxşı səviyyədə təmir-tikintisinə ciddi ehtiyac var. Bu istiqamətdə Qənirə Paşayevadan bir millət vəkili kimi bu məsələnin həllində öz dəstəyini əsirgəməməyi və müvafiq dövlət qurumları ilə bu məsələnin həllinə dair müzakirələr  aparmağı  və  xahişlər  etməyi  rica ediblər. Millət vəkili kənd sakinlərinin bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməmələrinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Qeyd edib ki, bir neçə gün əvvəl hökumətə və nəqliyyat nazirliyinə müraciət edərək Ağdam kəndinə gedən yolun yüksək səviyyədə təmir-tikintisi üçün xahiş edib. Cənab Prezident İlham Əliyevin Tovuza böyük diqqət və qayğısı nəticəsində  rayonla  kəndləri birləşdirən bir çox yolların yüksək səviyyədə yenidən qurulduğunu deyən millət vəkili bu məsələnin də öz həllini tapacağına inandığını deyib.

Q. Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib.

Simsar.az







16 Sentyabr, 2014  15:47 Baxılıb: 899 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner