Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Keyfiyyətsiz unlu məmulatlar məhv edildi

Araşdırmalar davam etdiriləcək

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 149 ünvanında “Dolce di Roma” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı tort və peçenyenin müvafiq resepturalar olmadan istehsal edildiyi, habelə həmin məhsulların etiketlərinin üzərində məhsulun tərkibi, istehsal və son istifadə tarixləri barədə məlumatların göstərilmədiyi müəyyən edilib.

Müvafiq resepturalar olmadan istehsal edilmiş 225,43 kq tort və peçenye Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Qanun pozuntuları ilə əlaqədar, tort və peçenyenin istehsalının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən “Dolce di Roma” MMC-yə icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.






7 Aprel, 2011  19:49 Baxılıb: 1379 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner