Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azneft” İstehsalat Birliyinin direktoru dəyişdi

Rövnəq Abdullayev yeni baş direktoru kollektivə təqdim edib

Bu gün “Azneft” İstehsalat Birliyində ARDNŞ prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə Birlik rəhbərliyinin toplantısı keçirilib. Simsar.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Rövnəq Abdullayev “Azneft”in baş direktoru Səbuhi Əhmədovun öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunduğunu və Daşqın İskəndərovun “Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edildiyini bildirib. 


Rövnəq Abdullayev Daşqın İskəndərovun əmək fəaliyyətindən danışıb, onun bacarıqlı kadr olduğunu söyləyib. ARDNŞ prezidenti “Azneft”in yeni baş direktorunu təbrik edərək ona yeni vəzifədə uğurlar arzulayıb.

Qeyd edək ki, Daşqın İskəndərov 1991-ci ildən “28 may” NQÇİ-də əmək fəaliyyətinə başlayıb, 1999-cu ilədək orada operator, mühəndis, “Neftin və qazın ilkin hazırlanması və nəqli” sexinin rəisi, 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində texnik, istehsalat üzrə supervayzer işləyib. 2007-2010-cu illərdə o, “28 may” NQÇİ-nin rəisinin I müavini, daha sonra isə rəisi vəzifəsinə irəli çəkilib. 2010-cu ildən Daşqın İskəndərov “Azneft”də baş direktorun birinci müavini vəzifəsində çalışıb.






7 Aprel, 2011  18:51 Baxılıb: 2135 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner