Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ Quru Qoşunlarında ilk kibermühafizə briqadası

ABŞ Silahlı Qüvvələrinin Quru Qoşunlarında kibermühafizə briqadası adlandırılan informasiya kompüter şəbəkələrinin təhlükəsizliyinin təmini üzrə ilk xüsusi bölmə fəaliyyətə başlayıb. Simsar.az-ın məlumatına görə, ABŞ Ordusunun kiberkomandanlıq bölməsinin rəhbəri Edvard Kardonun bildirdiyinə görə, polkovnik Donald Breyin komandiri olacağı briqada Corciya ştatındakı Fort-Qordon bazasında yerləşəcək.

Bölmədə həm kadr hərbçilər, həm də mülki mütəxəssislər qulluq edəcək. Briqadaya kibermühafizə üzrə 20 komanda (hər birində 40 əməkdaş) daxildir və onların vəzifəsi quru qoşunlarının müstəqil və ya silahlı qüvvələrin digər növləri ilə birlikdə həyata keçirdiyi əməliyyatlar zamanı informasiya kompüter şəbəkələrinin mühafizəsinin təmin edilməsindən ibarət olacaq.

Cari ilin əvvəlində ABŞ müdafiə naziri Çak Heygel bəyan edib ki, Pentaqon yaxın iki ildə dövlət və özəl informasiya şəbəkələrini və idarəetmə sistemlərini xarici kəşfiyyatlardan, kiberterrorizm və haker hücumlarından mühafizə etmək məqsədilə kibertəhlükəsizlik sahəsi mütəxəssislərinin sayını üç dəfə artırmağı planlaşdırır. ABŞ Müdafiə Nazirliyinin müasir kiberqüvvələrin yaradılmasını davam etdirdiyini deyən nazir cari ilin sonunadək kibertəhlükəsizlik mütəxəssislərinin sayının 1,8 min nəfərə, 2016-cı ilin əvvəlinə isə 6 min nəfərədək çatacağını bəyan edib.

“Bu, kiberməkanda təcavüzün qarşısını almaq üçün imkanları genişləndirəcək, düşmənlərimizə məqsədlərinə nail olmağa imkan verməyəcək və ölkənin milli təhlükəsizliyini təhdid edən kiberhücumlardan qoruyacaq”, - nazir qeyd edib. O vurğulayıb ki, informasiya şəbəkələrinə, o cümlədən mühüm idarəetmə sistemlərinə və infrastruktur obyektlərinə müdaxilə etmək cəhdləri azalmır və getdikcə aqressiv xarakter daşıyır.







15 Sentyabr, 2014  19:19 Baxılıb: 746 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner