Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Nuri Sərinləndirici sevənlərə xoş xəbər - FOTO

Simsar. az xəbər verir ki, tanınmış azərbaycanlı müğənni Nuri Sərinləndirici və onun əvəzolunmaz duet ortağı Jane Şirokihin mayın 31-də Yaşıl Teatrın səhnəsində baş tutmuş “De ki, sevirəm” adlı canlı konsert proqramı bu gün ATV telekanalında nümayiş olunacaq.

Yaddaşlara mövsümün ilk konserti kimi yazılmış bu özəl gecə elə televiziya sezonuna da açılış etmiş olacaq.

Bakı vaxtı ilə saat 21.30-da başlayacaq konsert 1 saat 40 dəqiqə ərzində efirdə göstəriləcək.

Tamaşaçılar Moskvanın populyar "MainStream" qrupunun musiqiçilərinin müşayiəti ilə Sərinləndirici və Şirokihin 24 mahnısını izləmək imkanı qazanacaqlar.

Nurinin Azərbaycan üzrə yaradıcı layihələrinə rəhbərlik edən Lamiyyə Ələkbərqızı ilə Zabir Əliyevin aparıcılıq etdiyi konsertə Azərbaycan Dövlət rəqs ansamblının, Fatimə Fətəliyevanın rəhbərlik etdiyi qrupun, həmçinin "Talant" rəqs qrupunun üzvləri xüsusi  rəng qatıblar.

Vitialiy Faraonovun musiqi rəhbəri olduğu konsertin təşkilatçılığı Lamiyyə Ələkbərqızının adı ilə bağlıdır.

Məlumat üçün bildirək ki, "De ki, sevirəm"adlı proqramın informasiya dəstəyi Simsar.Az-a məxsus idi.

Şahin Cavadsoy

Simsar.Az






15 Sentyabr, 2014  13:29 Baxılıb: 1503 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner