Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: “Sən kimsən?”

Ünlü Çin filosofu Konfutsi təhsilli, təhsilsiz, savadlı, savadsız, ziyalı, cahil insanı ayıra bilmənin ilginc modelini  irəli sürmüşdü. Filosof deyirdi ki, özünüzün və ya qarşınızdakının nə qədər savadlımı, savadsızmı, ziyalımı, cahilmi  olmasını anlamanız üçün sadəcə doqquz məsələyə fikir  verəcəksiniz. Bu fərq nə diplomla, nə bir neçə universitet  bitirməklə müəyyən olunur...

1. Baxdıqlarında aydın, şəffaf, təmiz, bərraq görməyi düşünürlər;

2. Dinlədiklərində yaxşı duymağı düşünürlər;

3. Görünüşləri baxımından səmimi, sadə, mehriban olmağı düşünürlər;

4. Davranışlarında sayğılı olmağı düşünürlər;

5. Çıxışlarında, danışıqlarında doğru olmağı düşünürlər;

6. İşlərində ciddi olmağı düşünürlər;

7. Şübhəyə düşdüklərində sualları necə soruşacaqlarını  düşünürlər;

8. Qəzəbləndikdə, öfkələndiklərində üzüntüləri, sorunları  düşünürlər;

9. Qazancı gördüklərində ədaləti düşünürlər...

Konfutsiyə görə məhz bu 9 düşüncədir savadlını savadsızdan, ziyalını cahildən fərqləndirən...

Bir gün digər ünlü bir filosofdan – Falesdən “Səncə ən  asan şey nədir?“ deyə soruşanda “ Başqasına nəsihət vermək” demişdi...

Kimsəyə nəsihət vermək fikrindən çox uzağam, amma  məncə Konfutsinin bu fikri ətrafında ciddi düşünməyə dəyər.

– Əslində mən kiməm?!. – Bu qısa test mövzu barədə düşünmək üçün əla imkan yarada bilər...







15 Sentyabr, 2014  13:08 Baxılıb: 1492 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner