Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

MÜXALİFƏT PARTİYALARINDAN GEDƏNLƏR ÇOXDUR, YOXSA ORA GƏLƏNLƏR?

Nə gələnlərin siyahısını Simsar.az-a təqdim etdilər, nə gedənlərin...

Aprelin 2-də İctimai Palatada təmsil olunan müxalifət partiyalarının keçirdikləri birgə etiraz aksiyasından sonra mətbuatda «müxalifətə gələnlər və gedənlər» mövzusu aktuallaşıb. Mövzu telekanalların da diqqətini cəlb edib. Xəbərlər proqramlarında bu mövzuya xüsusi yer ayrılır. İddia olunur ki, müxalifətin mitinqindən sonra daxildə narazı adamların sayı artıb.  

Ümid Partiyası niyə?..

Müxalifətdən istefalarla bağlı ilk məlumatı SİA İnformasiya Agentliyi aprelin 5-də yayıb. Sayt bildirib ki, 391 nəfər bəyanat yayaraq, AXCP, AMİP, KXCP, Ümid, ADP, Müsavat və Xalq partiyalarından istefa veriblər. Səbəb kimi, «Müxalifət partiyalarının Bakı şəhərində sabitliyi pozmaq, qarşıdurma yaratmaq, ictimai həyatı iflic vəziyyətə salmaq cəhdləri» göstərilib.

SİA-nın məlumatına görə, onlar araşdırma apararaq müəyyən ediblər ki, partiyalarını tərk edənlər ayrı-ayrı partiyaların Goranboy, Ağsu, Ağcabədi, Cəbrayıl, Hacıqabul, Laçın, Saatlı, Sabirabad, Şirvan, Tərtər, Suraxanı rayon təşkilatlarının üzvləridir.

İstefa verənlər arasında Ümid Partiyası üzvlərinin də olması daha təəccüblü görünür. Axı bu partiya İctimai Palatada təmsil olunmur, mitinqlərdə iştirak etməyib.

Biri elə deyir, biri belə

“Azadlıq” qəzeti bu günkü sayında isə AXCP-yə kütləvi axının olduğunu yazıb.

Bir tərəf müxalifətdən kütləvi qopmaların, digər tərəf isə kütləvi axının olduğunu deyir. Hansına inanaq?

Həqiqəti üzə çıxarmağa cəhd edən Simsar.az -ın əməkdaşı maraqlı situasiya ilə üzləşib.

«...bilmirəm bəyanatı redaksiyada harada qoyublar»

SİA-nın baş redaktorunun müavini Valeh Məhərəmli Simsar.az-a bildirib ki, redaksiyaya 391 müxalifətçinin təmsil olunduqları partiyalardan getmələrilə bağlı bəyanat daxil olub. «Biz o bəyanatla tanış ola bilərikmi» sualına baş redaktor müavini belə cavab verib: «Dəqiq bilmirəm bəyanatı redaksiyada harada qoyublar. Axşam qızlar gəlsin, bəyanatın surətini sizə göndərərik».

Siyahı Şahin Həsənlidədi, o da həbsdədi

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu Simsar.az-a açıqlamasında isə mövqelərində haqlı olduğunu deyib: «Son 2 ay ərzində 500-ə yaxın şəxs AXCP-yə üzv olub. Onların şəkillərini, ad-familyalarını «Facebook»da yerləşdirmişəm. Səhifəmə daxil olub, tanış ola bilərsiniz».

N.Güləhmədoğlunun sözlərinə görə, partiyaya üzv olmaq üçün rayon təşkilatına ərizə təqdim olunur.

«Yeni üzvlərin ərizələrinin surətini bizə təqdim edə bilərsinizmi» sualına N.Güləhmədoğlu belə cavab verib: «Bu məsələlərə partiyanın təşkilat komitəsinin sədri Şahin Həsənli baxır. O da həbsdədir. Başqa tərəfdən isə müəyyən səbəblərə görə, ərizələri mətbuata çıxara bilmirik. Yeni üzvlərə təzyiqlər edilir».

«Sən Müsavatın üzvü idin ki, istefa da verəsən?..»

«Son bir neçə gündə Müsavat Partiyasının Yasamal rayon təşkilatına 4 nəfər üzv qəbul edilib, 10 nəfər isə üzv olmaq üçün müraciət edib». Bu açıqlamanı
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Simsar.az-a deyib.

İstefalara gəlincə, G.Aslanlı qeyd edib ki, hakimiyyətyönlü mətbuatın partiyadan istefa verən şəxslər kimi təqdim etdikləri 10 il əvvəl Müsavatdan gedənlərdi: «Müsavatın Fizuli rayon təşkilatının üzvü kimi təqdim edilən həkim 10 il bundan qaban hərbi qulluğa keçməsilə əlaqədar partiyadan uzaqlaşdırılıb. İndi çıxıb ortaya ki, partiyadan istefa verirəm. Sən Müsavatın üzvü idin ki, istefa da verirsən?.. Tərtər rayon təşkilatının üzvləri kimi təqdim edilənlər də, əslində 10 il bundan qabaq partiyadan istefa verənlərdi».

Müsavat Partiyasına yeni üzv qəbul olunanların ərizələrilə tanış olmaq istəyimizə isə partiya yetklisi müsbət cavab verdi: «Ərizələr yerli rayon təşkilatlarındadır. Lazım gələrsə, onları sizə təqdim edərik».


Ruslan XƏLİL








7 Aprel, 2011  17:36 Baxılıb: 1482 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner