Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qubad İbadoğlu: “Siyasi mübarizədə mitinqə hədəf kimi baxmıram” – MÜSAHİBƏ

Müsavat Pariyasına başqanlıq uğrunda mübarizəyə qatılan və bu mübarizədən qalib ayrılacağını söyləyən Qubad İbadoğlu Simsar.az-a danışır.

-Müsavat Partiyasının  başqanı olmaq istəyi necə yarandı? Bu sizin istəyinizləmi reallaşdı?

-Müsavat Partiyasında bir intelektual kəsim var. Həmin şəxslər partiyanın rəhbərliyində də kifayət qədər təmsil olunublar. Əksəriyyəti divan üzvləridir, partiyanın quruculuğunda iştirak edən şəxslərdi. Həmin şəxslərlə bir yerdə partiyanın gələcəyi ilə bağlı müntəzəm müzakirələr aparırdıq. Eyni zamanda partiyada gözlənilən qurultayla əlaqədar dəfələrlə müzakirələrimiz olub. Həmin müzakirələrdə biz, öz namizədimizlə çıxış etmək qərarına gəldik. Onların tövsiyəsi və mənim istəyimlə bu prosesə başladıq.

- Sizi daha çox hansı təbəqə dəstəkləyir?

-Bizi rəsmi olaraq gənclər birliyi dəstəkləyir. Eyni zamanda qadınlar birliyi və Müsavatın elitasında olan intelektual kəsim hər zaman yanımızdadır. Sıravi Müsavatçılar arasında da böyük dəstəyimiz var.

-Seçilmə şansınız nə qədərdir?

-Bizim seçilmə şansımız yüksəkdi. İnanırıq ki, Müsavat Partiyasın başqanlığı uğurunda gedən mübarizədən qalib ayrılacağıq.

-Bildirmisiniz ki, digər iki namizədi – Tural Abbaslını və Arif Hacılını alternativ hesab edirsiniz. Məsələyə ümumi yanaşanda kimi özünüzə daha güclü rəqib hesab edirsiniz?

-Bu seçkidə mənim rəqibim yoxdur. Onlar hamsı alternativdir. Hesab edirəm ki, onların da şansları var. Amma öz şansımı onalardan yüksək dəyərləndirirəm. Hər halda bu fərqi hiss etməsəydim seçkiyə qatılmazdım və sona kimi mübarizə aparmazdım.

-Xüsusi bir kəsim var ki, sizi mitinqlərdə iştirak etməməkdə qınayır. Bu məsələyə facebook profilinizdə də münasibət bildirmisiniz. Bu kəsim sizi istəməyən qüvvələrdi?

- İstəməyən qüvvə deməzdim, sadəcə olaraq facebookda olan şaxslərin mənim fəaliyyətimlə bağlı olan iradlarıydı. Baxmayaraq ki, mən mitinqə şəkil çəkdirmək üçün getmirəm. Amma onlara mitinqdə iştirakımı sübut edən şəkillərlə cavab verdim. Həmin şəkilləri də mənə dostlar və tanışlar göndərdilər.  Azərbaycanada olduğum halda bütün mitinqlərdə iştirak etmişəm. Tirbunaya yalnız çıxış edəcəyim zamanlarda çıxmışam. Çox hallarda da mitinq iştirakçılarının arasında olmuşam.  Deyirlər ki, mən, ümumiyyətlə mitinq adamı deyiləm. Burda bir həqiqət var. Çünki siyasi mübarizədə mitinq məsələsinə hədəf  kimi baxmıram. Hesab edirəm ki, mitinq siyasi mübarizədə bir vasitədir. Bütünlüklə mitinqdən imtina etmirik. Siyasi şərait formalaşdığı zaman bu vasitədən istifadə edəcəyik. Mübarizəmizi xüsusilə güc müstəvisində deyil, intelektual müstəvidə aparmaq niyyətindəyik. İntelektual müstəvidə indiki hakimiyyətə qalib gəlmək üçün resusrlarımız daha çoxdur.

-Müsavat başqanı seçilsəniz partiyanı Milli Şuranın tərkibində görmək mümkün olacaqmı?

-Qərarlar kollegial qərarlar olacaq. Çünki bunlar mənim fərdi qərarlarım deyil. Bu, Müsavat Partiyasında müzakirə olunan məsələdir. Bununla bağlı partiyanın aşağı strukturundan və yuxarı strukturundan verilən rəyləri nəzərə alaraq kollegial şəkildə qərar verəcəyik.

-Bu prosesə qoşulduğunuz andan bu günə kimi sizə hakim dairələrdən təzyiqlər olubmu?

-Əvvəlki fəaliyyətimlə bağlı hakim dairələrdən təzyiqlər olub. Həmin vaxta şəxsi və işlədiyim dəşkilatın bank hesablarına həbs qoyulub. Bir neçə dəfə Baş Prokurorluğa aparılaraq dindirilmişəm. Bunların hamısı nazmiədliklə bağlı təbliğat-təşviqat işlərinin başladığı ərəfəyə təsadüf elədi. Hesab edirəm ki, bununla onun arasında müəyyən əlaqələr var. Nəsimi və Səbail məhkəmələri belə bir qərar çıxarıblar. Mən də həmin qərarla bağlı Apellasiya Məhkəməsinə şikayət vermişəm. Orda da bu işə baxıblar. Təəssüflər olsun ki, biricin instansiyanın qərarını qüvvədə saxlayıblar.

Hüseyn İbadlı

Siyasət Şöbəsi







15 Sentyabr, 2014  10:03 Baxılıb: 1319 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner