Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“BİZ QARABAĞLIYIQ!” adlı tədbir keçirildi - FOTOLAR

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanovun şəxsi təşəbbüsü, “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı və “KarabakhİNFO.TV” internet televiziyasının təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi dəstəyi ilə Ağdam rayonunda N saylı hərbi hissədə  “BİZ QARABAĞLIYIQ!” adlı konsert proqramı keçirilib.

Simsar.az xəbər verir ki, proqramda xalq artisti Flora Kərimova, əməkdar artist Rəmiş, öz ansamblı ilə birlikdə əməkdar artist Baloğlan Əşrəfov, Yusif Mustafayev, II Respublika Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmova və digər incəsənət nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani döyüş bölgəsində yerləşən hərbi hissələrdə hərbi qulluqçuların döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi baxımından tədbiri yüksək qiymətləndirib və tədbirin təşkil olunmasına görə millət vəkili Elxan Süleymanov başda olmaqla AVCİYA və “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının nümayəndə heyətinə təşəkkür edib.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.

Günel 

Foto Vüsal Qarayev

 

 

 

 

 

 

 

 






15 Sentyabr, 2014  08:44 Baxılıb: 1320 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner