Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İSESCO-nuin baş direktoru çıxışında nə deyib?

Əbdüləziz bin Otman əl-Tüveycri qarşıdurmaların sona çatdırılması yolunu göstərib

İSESCO-nun prioritetlərindən birinin mədəniyyətlərarası dialoqu, müxtəlifliyi təmin etmək, insanları bir araya gətirmək olduğunu qeyd edən əl-Tüveycri bildirib ki, qeyd olunan sahədə bu Forum yeni bir başlanğıc ola bilər: «Bu Forum dünyada mədəniyyətlərarası dialoqların aparılması üçün yeni başlanğıc ola bilər». Baş direktor deyib ki, zaman-zaman regionlarda məhəlli formalarda bu cür tədbirlərin reallaşdırılması üçün işlər aparır, belə tədbirlərin elm və incəsənət adamlarının iştirakı ilə keçirilməsinə çalışırlar.

Daha sonra çıxış edən UNESCO-nun Strateji planlaşdırma üzrə baş direktorunun strateji planlaşdırma üzrə müavini Hans D’Orvil Forumun keçirilməsinin UNESCO-nun birbaşa marağında olduğunu ifadə edib. O, iş proqramındakı sıxlığa görə UNESCO baş katibinin tədbirə qatıla bilmədiyini diqqətə çatdırıb. Baş katibin salamlarını çatdıran Hans D’Orvil UNESCO-nun dünyanın müxtəlif ölkələrində belə tədbirlər keçirdiyini vurğulayıb: “Biz müxtəlifliyin təmin olunmasına çalışmalıyıq. Müxtəlifliyin təmin olunması dünyanın müxtəlif yerlərində qarşıdurmaların, xüsusilə də milli və etnik zəmində qarşıdurmaların, islamofobiyanın qarşısının alınmasında ciddi rol oynaya bilər. Azərbaycan şərq və qərbin ortasında yerləşir, sivilizasiyaların qovuşduğu bir yerdir. Ümumi mənzərə imkan verir ki, bu ölkə müxtəlifliyin təmin olunması, mədəniyyətlərarası dialoqun davam etdirildiyi bir məkan kimi götürülsün. Azərbaycanda başlayan bu dialoqu gələcəkdə müxtəlif forumlar səviyyəsində başqa yerlərdə də davam etdirmək olar. Müxtəlifliyin təmin olunması üçün ilk mənbə ailədir. Proses ailədən və təhsildən başlayır».

Hans D’Orvil bildirib ki, təhsil sahəsində bu işlərin aparılmasına ehtiyac var: “UNESCO-da dialoqun genişləndirilməsinə gənclərin cəlbi ilə bağlı müəyyən planlar var”. Orta məktəblərdə dini və milli dözümlülüklə bağlı işlərin aparılmasını UNESCO-nun prioritetlərindən biri olduğunu deyən Hans D’Orvil əlavə edib ki, təmsil etdiyi təşkilat, həmçinin incəsənət adamlarının bu cür tədbirlərə dəvət olunmasını, incəsənət vasitəsilə fikir ayrılıqlarının, qarşıdurmaların aradan qaldırılmasını önəmli sayır: “Bu çərçivədə incəsənət adamlarının forumunun keçirilməsini vacib hesab edirik”.

BMT-nin Sivilizasiyalar Alyansı Katibliyinin icraçı direktoru Mark Şuer da çıxışında Bakıda belə bir tədbirin keçirilməsini mühüm addım adlandırıb. M.Şuer qeyd edib ki, təmsil etdiyi alyansın əsas devizi: «Divarları uçurtmaq, körpüləri qurmaqdır». M. Şuer qeyd edib ki, müasir dünyada müxtəliflikdən qorxmaq lazım deyil. Bu cür tədbirlərin çoxaldılmasını vacib hesab edən Şuer həmçinin vurğulayıb ki, artıq qloballaşan dünyada müxtəliflik insanların həyat tərzidir: “Gənclər müxtəliflikdən qorxmurlar. Bunu daha da artırmaq lazımdır. Xüsusilə insan hüquqları ilə bağlı məsələlərə diqqət yetirməliyik. Bununla tək dövlətlər məşğul olmamalı, hər bir fərd buna çalışmalıdır. Həmçinin vətəndaş cəmiyyətləri arasında anlaşmaları təmin etməliyik».

Bu işdə KİV-in çox ciddi rolunun olduğunu deyən M. Şuerin fikrincə, medianın verdiyi imkanlar müxtəlifliyin təmin olunmasında, milli dözümlülüyün artırılması yönündə çox yaxşı fürsətdir. İncəsənəti də yaxşı fürsət adlandıran təşkilat rəsmisi bu məsələnin təhsil sistemində də əksini tapmasını vacib sayıb.

Çıxışında tədbiri əhəmiyyətli adlandıran Kral Montana Forumunun prezidenti Jan Pol Kertero elm adamlarını müzakirələrdə aktiv olmağa çağırıb.






7 Aprel, 2011  17:01 Baxılıb: 1312 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner