Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azercell Telekom” ölkəmizi Türkiyədə təmsil edir

“Azercell Telekom” MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə birgə İstanbulda keçirilən “CEBİT Bilişim-2014” konfransında ölkəmizi təmsil edir. Simsar.az xəbər verir ki, sərgidə nümayiş olunan yeniliklərdən biri M2M texnologiyası əsasında yaradılan xidmətlərdir. M2M müxtəlif məişət və sənaye sahələrində məlumatların toplanmasını və mobil rabitə vasitəsilə istifadəçiyə dərhal göndərilməsinə imkan verir. Bu texnologiyalar bank, nəqliyyat, təhlükəsizlik, neft-qaz sənayesi, kommunal xidmətlər və digər sahələrdə tətbiq olunur. Bununla yanaşı, sərgidə “Asan imza” (mobil imza) xidməti də nümayiş etdirilir.

Avrasiya ölkələrinin böyük və əhəmiyyətli tədbirlərindən olan “CEBİT Bilişim-2014” qlobal konfransı sentyabrın 14-dək davam edəcək.

 







12 Sentyabr, 2014  17:46 Baxılıb: 964 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner