Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Nobel Farma MMC”-də borc qalmaqalı – İDDİA

“Ya 15 min manat borca qol çək, ya da işdən çıxma ərizəsinə”.

Bu gün paytaxt sakini Xəyalə Həsənzadə Simsar.az-ın redaksiyasına zəng vuraraq, qohumu Asim Nuruzadənin, çalışdığı “Nobel Farma MMC”-də hüquqlarının kobud şəkildə pozulduğunu bildirdi.

X.Həsənzadə dedi ki, MMC rəhbərliyi Asimi çağıraraq, ona 15 min manat borcun öhdəliyini öz üzərinə götürməsini tələb ediblər: “Nobel Farma MMC” bölgələrdə apteklərə dərman verir. Apteklərin isə şirkətə borcu var. Şirkət rəhbərliyi Asim Nuruzadəni çağıraraq, ona bildiriblər ki, ya apteklərin bizə olan borcu – 15 min manata qol çək borcun öhdəliyini öz üzərinə götür, ya da ərizə yaz işdən çıx”.

Zərərçəkənin yaxını qeyd etdi ki, Asim şirkət rəhbərliyinə işdən çıxmaq istədyini deyib, həmçinin ona gərəkli təzminatın ödənməsini tələb edib: “Amma şirkət heç bir təzminat ödəməyəcəyini deyib. Üstəlik hədələyiblər ki, sənə elə bir  işdən çıxma səbəbi yazarıq ki, heç bir yerdə iş tapa bilməzsən”.

Xəyalə Həsənzadə, Asimin onlara, qanunla belə bir səbəb göstərə bilmələri üçün, onun işlədiyi müddət ərzində ən az 3 dəfə töhmət alması lazım olduğunu dediyini bildirdi: “Bundan sonra şirkət rəhbərliyi məcbur oldu, Asimi işdən çıxartmadı, amma onun təyinatını öz razılığı olmadan, heç bir vəzifə dəyişikliyi əmri olmadan şirkətin dərman deposuna verdilər”.

Məsələylə bağlı Asimin Əmək Müfəttişliyinə yazılı ərizə yazdığını deyən Xəyalə Həsənova, müfəttişliyin əməkdaşlarının şirkətdə yoxlamalar apardıqlarını, lakin heç bir nəticənin olmadığını, onlara heç bir məlumat verilmədiyini deyir.

X. Həsənzadə sonda onu da qeyd etdi ki, bu günlərdə şirkətdən məsələnin böyüdüyünü görüb, Asimi geri çağıraraq, onun dekabr ayına kimi müqaviləsinin olduğunu xatırladıblar: “Asimi çağırıb deyiblər ki, indi ki, sən 15 min  manatı öhdənə götürmürsən, həm də bizdən təzminat istəyirsən, biz də səni işdən çıxarmırıq. Müqavilən bitənə kimi işlə, dekabrda onsuz da müqavilən bitir. Bitən kimi də heç bir təzminatsız işdən çıxacaqsan, müqaviləni artırmayacağıq”.

Hadisəylə bağlı qarşı tərəfin, “Nobel Farma MMC”-nin də münasibətini öyrəndik. Şirkətin baş mühasibi Məmmədova Yelena Nikolay qızı, deyilənlərin yalan olduğunu, Asimin onlara şər atdığını dedi: “O yalan danışır. Biz onu işdən çıxarmırıq ki, ona təzminat da ödəyək. Onun işə gəlmədiyi üçün iki töhməti var. Daxili nizam-intizam qaydalarını pozur. Biz də ona dekabrda bitən müqaviləsini artırmayacağımızı bildirmişik. Ona kimi işləyə bilər”.

15 min manat məsələsinə gəlincə isə mühasib, bunun da yalan olduğunu, Asimin qisas almaq üçün belə yalanlara əl atdığını bildirdi: “Bizim şirkət Asimə əraziyə çıxması üçün xidməti avtomobil verib. Sonra öyrəndik ki, iş vaxtı o bir neçə dəfə öz ərazisində olmayıb. Ona görə də xidməti maşını ondan geri aldıq və onu bir daha əraziyə göndərmədik. O da buna görə bizdən qisas almaq üçün üstümüzə belə şərlər atır”.

Qeyd edək ki, hazırda Əmək Müfəttişliyinin nümayəndələri şirkətdə məsələylə bağlı araşdırma aparır.

Vüsal Qarayev







12 Sentyabr, 2014  15:08 Baxılıb: 2067 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner