Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Dünya gözəlləri Bakıdan danışdı – FOTOLAR

Nüfuzlu "Miss Globe İnternational" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalçıları Bakıya gəlişləri barədə təəssüratlarını Simsar.az-a bölüşüblər.

Simsar.az müsabiqə iştirakçılarının Bakı haqqında fikirlərini təqdim edir:

Diana Moryakova (Belarus): Mən Bakıya gəlişimə görə fantastik xoş əhval-ruhiyyədəyəm!Xeyli təəssürat, emosiya, drayv, hər şey xəyallarda olduğu kimidir. Bakı əsl cənnət guşəsidir.

Darya Nesterkina (Rusiya): Bakı qeyri-adi memralığı olan çox günəşli, gözəl və yaşıl şəhərdir. Mən sizin paytaxtınıza heyran olmuşam!"

Nərgizə Davıdova (Özbəkistan): Mən sizin gözəl və mehriban şəhərinizə üçüncü dəfə gəlirəm. Burada özümü çox yaxşı hiss edirəm. Dənizkənarı Milli Park və "Khazar Islands" süni arxipelaqındakı istiraht mərkəzi çox xoşuma gəldi. Burada hər şey nağıllardakı kimidir.

Anastasiya Kostiç (Ukrayna): Bakının gözəlliyini və zənginliyini, qədim görməli yerlərini, xeyirxah insanlarını, gözəl qadınlarını və xoşagəlimli kişilərini bir neçə sözlə təsvir etmək mümkün deyil. Mən sadəcə olaraq Bakıya heyran qalmışam!

Elen Qamkrelidze (Gürcüstan): Qonşu olmağımıza baxmayaraq, Bakıya ilk dəfədir gəlirəm və yenidən buarada olmağı arzulayıram. Mən gördüklərimdən, insanların qonaqpərvərliyindən əsl şoka düşmüşəm, milli mətbəx isə ümumiyyətlə əladır!

Məryəm Carra (Qambiya): Mən əvvəllər belə gözəl şəhərin olduğunu heç bilmirdim və buna görə də dəvətə görə təşkilatçılara təşəkkürümü bildirirəm. Mən burada həmişə xatirəmdə qalacaq xeyli təəssürat əldə etmişəm.

Emili Koral Ellis (Böyük Britaniya): Bakı çox inkişaf etmiş şəhərdir, hər yerdə tikinti işləri aparılır, üstəlik milli arxitektura qorunub saxlanılır. Bu, əsl Avropa şəhəridir.

Esma Voloder (Avstraliya): Mən Avropa və Asiyanın qovşağındakı yeni qitədəyəm, Bakı isə mənim bütün gözləntilərimi üstələdi. Gözəl dəniz kənarı, qonaqpərvər və mehriban insanlar, hər şey ən yüksək səviyyədədir. Hər kəsə bu gözəl şəhərə səfər etməyi məsləhət görürəm.

Rupa Kruana (Hindistan): Mən Bakıya ilx baxışdan vuruldum. Günəşli hava, hər şey təmiz və səliqəli, çox xeyirxah insanlar və burada hind filmlərini sevdiklərini və Bollivudun bütün ulduzlarının hamısını tanıdıqlarını öyrənəndə çox sevindim.

Cozel Villa (Meksika): Bu, təkrar-təkrar qayıtmaq istədiyin şəhərdir. Mən gördüm ki, burad böyük tikinti işləri aralır, buna görə də 20 ildən sonra bura qayıdaraq şəhərin necə dəyişdiyini görmək istərdim.

Pritsess Edelin Ramos (Filippin): Mənim İçəri şəhər çox xoşuma gəldi. Oranın çox qeyri-adi qədim şərq arxitektuirası var. Dəniz sahili isə istirahət üçün fantastik məkandır.

Şeyslend Dos Santos Reys (Braziliya): Sizin çox temperamentli və xeyirxah insanlarınız var, bizə çox bənzəyirsiniz. Bakı çox xoşuma gəldi, çox rahat və yaxşı şəhərdir.

"Miss Globe International" müsabiqəsinin finalı ilk dəfə olaraq Azərbaycanda sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək. Müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Müsabiqənin finalında iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcəklər. Onların arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy və İnna, rəqqasə Asena və Rumıniyanın "Radio Killer" qrupu var. Müsabiqə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq.

"Miss Globe International" dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqədə irqindən, dinindən və milliyətindən asılı olmayaraq 18-24 yaşlı subay qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib.






11 Sentyabr, 2014  17:31 Baxılıb: 2615 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner