Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Möhtəşəm Raziyə

İngiltərə Kraliçası I Meyridən 318 il, ən çox hakimiyyətdə qalan qadın hökmdar Kraliça I Elizabetdən 322 il, Böyük Britaniya İmperatorluğu dövründə Hindistan İmperatoru elan edilən Kraliça Viktoriyadan 600 il əvvəl hökmdarlıq edən, fəal və güclü bir siyasət həyata keçirməkdə geri qalmayan, qürur duyulası Türk qadını olan Dehli Türk Sultanlığının hökmdarı Sultan Raziyə Türk-İslam tarixinin yeganə qadın hökmdarıdır.

Raziyə Sultan,  Şəmsəddin Eltutmuşun çox sevib saydığı və hərəmxanasının baş qadını olaraq Firuzə Sarayında iqamət etməyə layiq gördüyü arvadı Türkan Xatundan (bəzi mənbələrdə Terken) doğulan qızıdır.

Müsəlmanlığı Hindistana X əsrdə Qəznə Türkləri aparıb. XIX əsrdə İngilis işğalına məruz qalana qədər bu qitəni əsirlərlə Türk əsilli xanədanlar idarə edib. Bu müsəlman Türk dövlətlərindən biri də Qütübşahlar dövləti olub.

Taxt-tac şəhəri Dehlidəki ən qədim əsərlər və dünyanın ən zərif və ən  yüksək minarələrindən olan Qütüb Minar o dövlətin yadigarıdır. Sultanları kölə əsillidir. Eynən Misirdəki Məmlüklər kimi ləyaqətləri və şansları ilə sultan olurdular. Bunlardan ən məşhuru İltutmuşdur. Onun yerinə hakimiyyətə keçən qızı Raziyə Begüm isə Türk-İslam tarixinin yeganə qadın hökmüdarıdır. Begüm  “bəy” sözünün dişi formasıdır. Hindistanda ancaq hökmdar ailəsinə mənsub olan xanımlara deyilir

“Oğlanlarımdan üstündür”

Şəmsəddin Eltutumuş 1233-cü ildə Mürf-i Memalik Tacül-Mülk Mahmuda, Raziyəni vəlihəd təyin etdiyini bildirən bir fərman yazmağını əmr etmişdi, ancaq bu davranışa, Sultana yaxın olan məmlük əsilli Türk mlikləri: “səltənətə layiq oğulları varkən bir qızın İslam mülkünə vəlihəd edilməsi hikməti nədir?” deyərək etiraz etmişdilər.

Vəzirlər bir qadının ordu başçısı olmayacağını, qadınlarla kişilərin birlikdə yaşamasını əngəlləyən din prinsipləri çərçivəsində Raziyənin xalq tərəfindən qəbul edilməyəcəyini söyləyərək bu seçimə etiraz edirlər.

Həzrəti Peyğəmbərin “Dövlət başına bir qadını keçirən millət iflah olmaz” sözünü xatırladırlar. Ancaq Eltutmuş bu etirazlara məhəl qoymur və “Mənim oğlanlarım öz zövqlərinə düşkündür. Heç birində məmləkət idarə edəcək qabiliyyət yoxdur. Raziyə qadındır, amma zəkası və bəsirətinə görə qardaşlarından üstündür” deyir.

Sultanın əmri yerinə yetirilmir

1236- cı ildə Şəmsəddin Eltutmuş  vəfat edir və vəzirləri Raziyəni hakimiyyətə gətirmək istəmirlər. Eltutmuşun oğlu Firuz Şahı hökmdar elan edirlər. Firuz Şah, nəzakətli, comərd, lakin həddindən artıq israfçı idi. Atasının da bildiridiyi kimi Dövləti idarə edə biləcək gücə sahib olmayan Firuz Şah əyləncə və səfaya aludə olaraq atasının min bi güc hesabına topladığı xəzinəni boşaldır, təcrübəli idarəçilərin sözlərinə əhəmiyyət verməməsi nəticəsində dövlət idarəsi tamamilə bir qarğaşa içinə sürüklənir.

Vəzirlərin nəsihətlərinə qulaq verməyən Firuzşahın anası, oğlunun səltənətini möhkəmlədirmək üçün Eltutmuşun digər oğlu, Raziyənin ana bir qardaş olan Qütbəddini öldürtdürür. Raziyəni də öldürtməyi planlaşdırarkən hiddət gələn xalq və bəzi bəylər sarayı mühasirəyə alaraq, sultanın anasını həbs edirlər. Bu böhrandan istifadə edən Raziyə, dövləti  yalnız onun xilas edəcəyinə vəzirləri inandırır. Taxta çıxar-çıxmaz Qərb üsyanı ilə qarşılaşır. Şiə radikallarından ibarət üsyankarlar Dehlidəki məşhur Cümə məscidinə basqın edərək Müsəlmanları qətlə yetirlər. Raziyə Sultan şəxsən özü hərəkətə keçərək üsyanı yatırtmağa müvəffəq olur.

Sultan Şəmsəddin Eltutmuşun zamanında vəzirlik edən Tacik zümrəsindən olan Nizamül-Mülk Məhəmməd Cüneydi, əvvəlcə üsyan etdikləri vaxt Kiluxaridə Sultan Rükunəddin Firuz Şahı tərk edərək yanlarına sığındığı Məlik Ələddin Canı, Məlik Seyfəddin Kuçı, Məlik İzzəddin Məhəmməd Salari və Məlik İzzəddin Kəbir Xan Ayaz öz aralarında anlaşaraq Raziyənin hakimiyyətini tanımırlar.  Lakin Raziyə Sultan ordusu ilə onların üstünə yeriyib, hamısına boyun əydirir.

Beləliklə də Hindistandakı mahal hökmdarları Raziyə Sultana itaət edir. Raziyə Sultan bu dəfə Hinduların  tutduğu Bədənpur üzərin yürüş edir. Hindulara qalib gələrək burdakı Müsəlmanları xilas edir Raziyə Sultanın hakimiyyət başına keçər, keçməz ilk işi Sultan Rüknəddin Firuz Şahın zamanında əməl edilməyən qanun və adətləri yenidən bərpa etmək olur. Beləcə qanun hakimiyyətini bərpa edərək, yeni bir sülh və sükunət dövrün başlatmış olur.

Dünyanın ilk şair qadını

Raziyə Sultan, Dehli Türk Dövlətinin ən böyük hökmdarı olduğu kimi Hind-Türk tarixinin də ən əhəmiyyətli şəxsiyyətlərindən biri kimi qəbul edilir. Fərasətli və oturuşmuş olması ilə yanaşı, hökmdarlıq üçün vacib olan bir çox xüsusiyyətləri özündə birləşədirmişdi.

Raziyə Sultan hərbi və siyasi dühası ilə yanaşı, heç də göz ardı edilməyəcək şəkildə şeir yazma qabiliyətinə malik idi. Yalnız Türk tarixində deyil, dünya tarixində belə bir bənzəri olmayan iftixar ediləcək bir Türk qadını tipini təmsil etməkdədir. Yaşadığı fəlakətlərə rəğmən, usanmayan əmsalsız cəsarət və igidliyi ilə yanaşı onun bir xüsusiliyi var idi. ŞEİR. Raziyə Sultanın “Şirini Dihləvi” və ya “Şirini Gün” təxəllüslər ilə yazdığı beyitləri öz dövrününün Türk-Fars ədəbiyyatının ən gözəl örnəkləri kimi qəbul edilir.

Raziyə Sultanın həzin sonu

İnsan yaşadıqlarını və həyatını oxuduğu zaman, heç kimin tanımadığı, həyatına dair yazılı mətbuatda məlumat olmayan bu möhtəşəm qadını dünyaya tanıdacaq bir film çəkilməsini istəyir.

Tarxçilər onun yaxşı təhsil aldığını, gözəl Quran oxuduğunu söyləyir. Alimləri xoş qarşılayan, comərd və ədalətli bir hökmüdar kimi tarixə keçən  Raziyə,Şirin-i Dəhləvi təxəllüsü ilə farca şeirlər yazıb.

Lakin Raziyə Begümün parlaq müvəffəqiyyətləri ilə yanaşı, yol verdiyi naşı xətaları onun həzin sonunu hazırlayır. Ömrü də səltənəti kimi qısa olur.

Raziyə Begüm taxt-tacını qoruya bilmək üçün mühüm mövqeylərə özünə yaxın bildiyi insanları gətirir. Həbəş əsilli Yaqut onun ən yaxın adamına çevrilir. Bu isə türk bəylərinin narazılığına səbəb olur. Üstəlik bəylər, qadın libası geyinmədiyi, kişilər kimi cübbə geyinib üzü açıq şəkildə filə minərək xalq arasında dolaşdığı üçün Raziyə Begümü tənqid edirdilər.

Buna görə də ona qarşı müxalifət gücləri getdikcə yayılmağa başlayır. Raziyə müxaliflərindən bəzilərinə məqam və mövqe verərək aralarındakı əməkdaşlığın qarşısın alacağını zənn etsə də yanılır. 1240- cı ildə Türk bəyləri hərəkata keçərək Yaqutu öldürürlər. Raziyə Begüm isə həbs edilərək bir qalaya salınır. Onun yerinə hakimiyyət başına qardaşı Bəhramşah keçirilir. Raziyə Begüm bir çarə tapdı. Qalada saxlanıldığı müddətdə, gözəlliyi ilə təsiri altına aldığı bəylərin ən öndə gedənlərindən olan Məlik Altunay ilə evlənir. Ərinin ordusuna, xalqın içindəki könüllüləri də qataraq Dehliyə doğru yürüş edir. Ancaq məğlub olur. Əri yürüş zamanı ölür. Ordusu onu tərk edir. Kitel yaxınlığında səhrada tək qalan Raziyə yorğun, ac və susuz vəziyyətdə qalır. Bir Hindu kəndlisindn çörək istəyir. Sonra yorğunluğun təsiri ilə yuxuya gedr. Üsütündəki qiymətli paltarlara tamah salan kəndli, Raziyə Begümü öldürür və onu tarlada basdırır. Lakin bu sirr uzun müddət gizli qalmır Hadisədən xəbər tuturlar. Cəsədi tapıb dini mrasimlə yenidən, həmin yerdə dəfn edirlər.

Raziyə Begümün etdiyi  ən böyük səhv, səltənətini Türk bəylərinə söykənərək möhkəmlətmək yerinə, yüksək məqamlara Həbəş əsilli kölələri seçməsi oldu. Bu onun ən böyük xətası idi və o bunun bədəlini taxtını, hətta həyatını itirərək ödədi.

Səltənəti 4 il davam edən Raziyə Begümün oğlu Seyyid illər sonra anasının taxtına iddialı olsa da, taxta çıxmağa nail ola bilmir. Raziyədən sonra altı yüz boyunca o taxta heç bir qadın oturmadı. Ta ki, İngilis  Kraliçası Viktoriyaya qədər.

Günel Musa

 

 






11 Sentyabr, 2014  15:47 Baxılıb: 2331 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner