Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ-ın İŞİD planı - Suriya da vurula bilər

Obama, “İŞİD-ə qarşı heç bir strategiyamız yoxdur” dedikdən sonra ciddi tənqidlərə məruz qalmışdı. Bunnan 2 həftə keçməmiş artıq ABŞ-ın İŞİD-ə qarşı planları işıq üzü görməyə başlayır. Dünya bu sabah Obamanın ənənəvi 11 sentyabr çıxışına səbrsizliklə gözləyərkən, ABŞ-ın 3 mərhələli bir plan hazırladığı, Suriyadakı İŞİD hədəflərini də vuracağı  bildirilirdi.

Və Obama danışdı...

Prezident Barak Obama, İraq və Suriyanı bir-birinə vuran, eləcə də dünyanı şoka salan İŞİD-in məhv edilməsi üçün, ABŞ-ın geniş bir koalisiyaya liderlik edəcəyini bildirib.

Bu səhər ABŞ-lılara səslənən Obama, “Müttəfiqlərimizlə və konqreslə müşavirələrimizdən sonra və İraqda yeni hökumətin qurulmasıyla, Amerikanın bu terroru məhv etməsi üçün geniş bir koalisiyaya liderlik edəcəyini açıqlayıram”, deyib.

İŞİD-ə qarşı həyata keçiriləcək müdaxilənin Əfqanıstandan fərqli olacağını söz verən Obama, İŞİD-ə qarşı qurudan koalisiya güclərinin birləşmiş qoşunlarının müdaxilə edəcəyini və ABŞ-ın da onlara havadan dəstək verəcəyini bildirib.

Əməliyyat Suriyaya keçəcək ?...

Obamanın “Harda İŞİD-in varlığı hiss olunursa, onları ortadan qaldırmaq üçün istiqrarlı və durmadan bir mübarizə aparacağın” sözləri, bu əməliyyatın Suriyaya da keçəcəyini göstərir. Çıxışından öncə Səudiyyə Ərəbistanı Kralı Abdulla ilə danışan Obama, Suriyada Bəşər Əsədə qarşı döyüşən qruplara dəstək sözü vermişdi. ABŞ konqresinin isə bu günlərdə, bu qruplara silah tədarükü və təlimi fəaliyyətlərini əhatə edən, 500 milyon dollarlıq bir yardım paketini qəbul etməsi gözlənilir.

Türkiyə önəmli fiqur

Türkiyənin Hürriyet qəzetinə danışan ABŞ-lı bir vəzifəli şəxs, İŞİD-ə qarşı müharibədə Türkyənin mərkəzi bir rol oynayacağını bildirib. Vəzifəli şəxs, “Obamanın çıxışından sonra Xarici İşlər Naziri Con Kerrini Türkiyəyə gedəcək. O zaman bu məsələ daha açıq şəkildə müzakirə ediləcək”, deyib.

Vüsal Qarayev







11 Sentyabr, 2014  08:19 Baxılıb: 1344 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner