Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Müsavat Əmircana getməyə yığıncaqda qərar verəcək” – Gülağa Aslanlı

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının qurultay geçirmək üçün yerin ayrılması ilə bağlı müraciətinə cavab verib. Simsar.az xəbər verir ki, həmin cavabda göstərilib ki, Müsavat Partiyası öz qurultayını Əmircan qəsəbəsində yerləşən Mədəniyyət evində keçirə bilər.

Bəs Müsavat təmsilçilərinin bu fikrə münasibəti necədir?

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Simsar.az-a açıqlamasında bildirib ki, indidən Partiyanın hansı qərarı verdiyini söyləmək olmaz: “Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə bağlı Partiya Təşkilat Komitəsinin yığıncağı keçiriləcək. Qurultayın Əmircan qəsəbəsində yerləşən mədəniyyət evində keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar da həmin yığıncaqda veriləcək”.

G.Aslanlı həmçinin Müsavat Partiyasının həmin qərarı qəbul etməyəcəyi halda növbəti dəfə BŞİH-ə müraciət ünvanlanayacağını bildirib: “Bu məsələyə Təşkilat Komitəsinin yığıncağında baxılacaq”

Hüseyn İbadlı

 






10 Sentyabr, 2014  12:37 Baxılıb: 1761 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner