Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

DRAM TETARDA SANBALLI REPERTUAR VƏ REJİSSOR NİYƏ YOXDUR?

Rasim Balayevin açıqlamasına dəstək gəldi

Teatr hər zaman bir millətin mədəniyyətini tanıdan ocaqlardan sayılıb. Bu gün istedadlı aktyorlarımız, rejissorlarımız da az deyil. 

Teatrlara gedən və getməyənlərin narazılığını həmişə eşidirik. Onlar
teatrlara getməməklərinin səbəbini aktyor oyununun, rejissor işinin zəif olmasında, həmçinin repertuar seçiminin yanlışlığında görürlər.

Bu dəfə isə həmin problemlərdən xalq artisti Rasim Blayev danışıb. Xalq artisti Akademik Milli Dram teatrında yaxşı rejissor olmadığını deyib, səhnəyə qoyulan əsərlərin zəifliyinə diqqət çəkib.

Rasim Balayev elə bu səbəbdəndi Dram Teatrına dəvət alsa da, orada işləməkdən imtina edib. Aktyor Simsar.az-a bildirib ki, teatrda onu hayil- mayıl edən rejissor və sanballı repertuar olmadığından dəvəti qəbul etsə, rüsvay ola bilər.

Artıq xalq artistinin fikrinə kinorejissor Ramiz Fətəliyev dəstək verib. R.Fətəliyev Simsar.az-a bildirib ki, aktyorun bu iradını haqlı hesab edir: “İnanıram ki, rəhbərliyin dəyişilməsi müsbət mənada yeniliklərə təkan verəcək. Rasim Balayev düz deyir, teatrda gərək bir neçə rejissor olsun ki, rəqabət mühiti yaransın, bunsuz teatrda inkişafdan söz belə gedə bilməz. Azər Paşa Nemətov kimi rejissorlar var ki, 5 ildə bir dəfə teatrda tamaşa qoyur. Hərçənd ki, belə rejissorlar gərək ildə bir dəfə tamaşaya quruluş versin. Onlardan istifadə etmədikcə, əlbəttə keyfiyyət də aşağı olacaq”.

Akademik Milli Dram Tatrının mətbuat katibi Elçin Cəfərov repertuarda yaranan problemi teatr binasının uzun müddət təmirə dayanması ilə əlaqələndirir. E.Cəfərov Simsar.az-a deyib ki, teatr mart ayında öz binasında yaradıcılıq fəaliyyətinə başlayıb: “Repertuarın inkişafı mərhələli surətdə həyata keçirilir. Düzdü, teatrda ştatda rejissor ümumiyyətlə yoxdur, bizdə qonorar sistemidir. Yəni hər hansı rejissor bizim tetatrın səhnəsində tamaşa qoya bilər və hazırda da yerli və xaricdən dəvət olunmuş rejissorların məşqləri gedir. Məşqləri Mərahim Fərzəlibəyov, Vaqif İbrahimoğlu, Finlandiyadan dəvət olunmuş Kamran Şahmərdan aparır. Rejissor Azər Paşa Nemətovla da danışıqlar aparırıq”.

Akademik Milli Dram Teatrının aprel ayı üçün repertuarı təqdim edirik.

Aprelin 5-i: T.Cücenoğlu - Uçqun
Aprelin 6-sı: İ.Əfəndiyevin - Qarabağnamə
Aprelin 9-u: Ə.Əmirli - Mesenat
Aprelin 10-u: X.Həsənova- Tülkü, Tülkü, Tünbəki
Aprelin 12-si: İ.Əfəndiyev - Qarabağnamə
Aprelin 14-ü: T.Cücenoğlu - Uçqun
Aprelin 15-i: J.Kokto - İnsan səsi
Aprelin 16-sı: M.F.Axundzadə - Sərgüzəşti vəziri xani Lənkəran
Aprelin 17-si: X.Həsənova - Tülkü, Tülkü, Tünbəki.
Aprelin 22-si: M.F.Axundzadə - Sərgüzəşti vəziri xani Lənkəran
Aprelin 23-ü: İ.Əfəndiyev - Qarabağnamə
Apreıin 24-ü: X.Həsənova - Tülkü, Tülkü Tünbəki, H.Mirələmov - Xəcalət
Aprelin 26-sı: Ə.Əmirli - Mesenat


Aynurə Həsənova






6 Aprel, 2011  21:06 Baxılıb: 1756 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner