Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İŞİD-in seks kölələri – “13 yaşı tamam olmayan da var”

Sincar Dağında İŞİD tərəfindən qaçırılan, seks köləsi olaraq istifadə edilən 17 yaşlı yezidi gənc qız, İtalyanın La Republica qəzetinə yaşadığı dəhşətdən danışıb. Özü kimi seks köləsi kimi istifadə edilən 40 yezidi qadının arasından 17 yaşlı qız, qəzetə telefonla gizli zəng edərək İŞİD tərəfindən qaçırılan qadınların yaşadıqları insanlığa sığmayan dəhşətləri açıqlayıb. Şərti adı Mayat olan qız  “Yalvarıram adımı açıqlamayın. Çünki mənə edilənlərdən çox utanıram. Bir tərəfdən ölmək istəyirəm, digər tərəfdən isə xilas olacağıma inanıram”, - deyərək nə qədər qorxu içərsində yaşadıqlarını anladıb.

Gündə 3 dəfə müxtəlif qruplar tərəfindən zorlanırlar

Mayat 3 avqusta minlərlə yezidi ilə birlikdə Sincar dağından qıçrıldığı İŞİD silahlıları tərəfindən, hər gün cinsi istismara məruz qaldıqlarını söyləyib. Gənc qız bildirib ki, İŞİD qaçırdığı qadınları bir binaya toplayır və qapısında silahlıların növbə çəkdiyi bu evdəki əsir qadınlara telefon verərək, onların ailələrinə zəng etdirib başlarına gətirilənləri valideyinlərinə danışmağa məcbur edirlər.

“Hamısı özün Supermen hesab edir. Amma onlarda ürək yoxdur. Yanında körpəsi olan qadınlara belə işgəncə edirlər. Hələ 13 yaşı tamam olmayan qızlar belə var, buraxmırlar ki, getsinlər”, -  deyən Mayat, saxlanıldıqları binanın üst qatını silahlıların seks məkanına çevrdiklərini deyib. 17 yaşlı qız bildirib ki, orda qadınlar gündə 3 dəfə müxtəlif qruplar tərəfindən zorlanırlar.

14 yaşında qızı Şeyxə satdılar

Somaa adlı bir başqa gənc qız da, İŞİD-in qadınlara necə kölə kimi davrandığından danışıb. 14 yaşlı Somaa, Tel Aferdən qaçırılıb. Qaçırıldıqları yerdə subay qadınlar, yaşlı qadınlar və gənc kişilər olaraq 3 qrupa ayrıldıqlarını deyən Somaa, kişilərin hamısının öldürüldüyünü, özünün də Feluccidə bir şeyxə satıldığını, lakin ordan qaçaraq Bağdadda gizlənməyi bacardığını deyib. Hər iki qız da, İŞİD-in əlində çox sayda əsir qadınların olduğunu bildirib.

Vüsal Qarayev






9 Sentyabr, 2014  09:11 Baxılıb: 4763 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner