Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“CATEL” İSTEHLAKÇILARIN HÜQUQLARINI POZUR -ARAŞDIRMA

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən şirkətin məsuliyyət daşıdığını deyirlər

Azərbaycanın ilk CDMA mobil operatoru olan “CATEL” şirkətinin sistemində yaranan problemlə əlaqədar olaraq aprelin 1-dən şəbəkənin fəaliyyəti dayanıb.  

5 gün ərzində şəbəkənin fəaliyyətini tam bərpa etmək mümkün olmayıb. Bu isə o deməkdir ki, minlərlə abunəçinin, istehlakçının hüquqları pozulur. Texniki problem şirkətə həm mənəvi, həm də maddi baxımdan olduqca baha başa gəlib.

“Problemi həll etmək üçün şirkətin texniki şöbəsi tərəfindən təcili tədbirlər görülür və müştərilərin xidmətdən istifadə etmək imkanı tədricən bərpa edilir (012 415/417/418 xidməti artıq aktivdir). Qeyd etmək istəyirik ki, texniki nasazlıq yeni xidmətlərin və texnologiyaların tətbiq edilməsi ilə əlaqədar ümumi sistemdə yaranmış texniki problemlərlə bağlıdır”-şirkətin saytında qeyd olunub.

“CATEL” şirkəti yaranmış vəziyyətə görə müştərilərindən üzr istədiyini və anlayış göstərdikləri üçün təşəkkürünü bildirib.

Simsar.az-ın məlumatlarına görə, «CATEL» abunəçiləri şirkətin dilerlərinə gələrək narazılıqlarını bildirirlər və onlar telefonları qaytarmaq istəyirlər. Dilerdə işləyənlər qeyd edirlər ki, şirkətdən aldıqları telefonlar satılmır.
«CATEL» telefonları alan yoxdur, qalıb üstümüzdə. Alıcılar şikayətlərini bizə bildirirlər. Baş ofisdən də heç nə demirlər. Qalmışıq çıxılmaz vəziyyətdə» deyə satıcılardan biri bildirib.

Simsar.az-a verilən məlumata görə, «CATEL»in fəaliyyətindəki problem texniki nasazlıqla bağlı deyil, şirkət sıxışdırılır, ona yuxarıdan təzyiqlər edilir və s.

Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyi mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, «CATEL MMC»-nin fəaliyyətində yaranan problemə görə, məsuliyyəti bu şirkətin özü daşıyır: «Bu halda istehlakçılar məhkəmələrə müraciət edib, onlara dəymiş ziyanı tələb edə bilərlər».

«CATEL MMC»-yə qarşı təzyiqlərə gəldikdə isə mətbuat xidmətindən bildirildi ki, məlumat doğru deyil: «Minlərlə abunəçisi olan şirkətə qarşı hansısa təzyiqin edilməsi xəbəri həqiqəti əks etdirmir».

«CATEL MMC»-nin meneceri Talehə Həsənli Simsar.az-a açıqlamasında bildirdi ki, şirkətin texniki departamenti problemin həllilə məşğuldur: «Yəqin ki, yaxın vaxtlarda problem həll olunacaq».

«CATEL MMC»-nin telefon satışı həyata keçirmədiyini deyən menecer şirkətə qarşı təzyiqlərin olması xəbərini də təkzib etdi: «Problem sırf texniki məsələlərlə bağlıdır».

Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov Simsar.az-a bildirib ki, Istehsalçı Hüquqlarının Müdafiəsi Haqqında Qanunun müvafiq maddəsinə əsasən istehlakçı onun təlabatını ödəməyən məhsulu geri qaytara bilər: “«CATEL MMC» bir həftəyə yaxındır ki, istehlakçıların hüquqlarıını kobud şəkildə pozur. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti məsələ ilə bağlı tədbir görməlidir”.

Ruslan Xəlil







6 Aprel, 2011  17:33 Baxılıb: 3120 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner