Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Türk Dünyasının memarlıq üzrə VI qurultayı keçirildi

Türk Dünyası Memarları və Mühəndisləri İttifaqı, TÜRKSOY, Türk Dünyası Bələdiyyələr Assosiasiyası, Türk Dünyası Yazıçıları və İncəsənət Xadimləri Fondu Bişkek şəhərində türk dünyasının memarlarlıq, şəhərsalma üzrə altıncı qurultayını keçirib.

Simsar.az xəbər verir ki, tədbirdə bütün türkdilli dövlətlərin, o cümlədən Azərbaycanın nümayəndələri iştirak ediblər.

Qurultay Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin təşəbbüsü ilə, “Dildə, görüşlərdə, işdə birlik” devizi altında keçirilib.

Tədbirin əsas istiqamətlərindən biri memarlıq, mühəndislik və şəhərsalma üzrə ümumtürk standartlarının hazırlanması olub.

Qurultayda “Türk dünyasının nəhəng memarlıq layihələri”, “Üçüncü Bosfor körpüsünün tikintisi”, “İpək Yolunda zəlzələ reallığı: elmi əməkdaşlıq”, “Türkiyədən Şimali Kiprə su borusu”, “Bişkekdə şəhərsalmanın inkişafında aktual problemlər və onların həlli yollarının tapılması” və digər mövzularda məruzələr dinlənilib.

Bildirilib ki, türk dünyası ölkələrində sürətli tikinti işləri gedir, yeni inşaaat texnologiyaları və materiallardan istifadə edilir, gözəl və yaraşıqlı binalar tikilir. Bu sahədə təcrübə mübadiləsinin aparılması ümumi işin xeyrinə olardı.

Qurultayda Bişkek şəhəri 2015-ci ildə türk dünyasının mədəniyyət paytaxtı élan edilib. Bişkek və Türkiyənin Trabzon şəhəri qardaşlaşmış şəhərlər elan olunub.

Günel







8 Sentyabr, 2014  08:16 Baxılıb: 1180 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner