Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

18-ci neft-qaz sərgisi keçiriləcək

Tədbirdə 300-dən çox şirkətin iştirakı gözlənilir

İyunun 7-10-da “Bakı Ekspo” sərgi mərkəzində Xəzəryanı regionun neft və qaz sahəsində ən böyük tədbir olan “Caspian Oil and Gas” – 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi və Konfransı keçiriləcək. Dövlət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilən bu tədbir hər il dünyanın neft sektorunun mütəxəssislərini və əsas iştirakçılarını bir araya gətirir. Hər il sərginin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi onun yüksək statusunu bir daha təsdiq edir. Bununla yanaşı, hər il sərginin ünvanına bir sıra dövlətlərin liderləri öz salamlama məktublarını yollayırlar. Ənənəvi olaraq, “Caspian Oil and Gas” (Xəzər Neft-Qaz) layihəsinə Azərbaycan Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən də dəstək verilir. Artıq altıncı ildir ki, sərgi beynəlxalq səviyyəli “UFI” - Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən təsdiq edilir. “UFI tərəfindən təsdiq olunub” keyfiyyət nişanı sərgilərin bütün beynəlxalq standartlara cavab verdiyini sübut edən göstəricidir. Bu il sərgi “İlin Brendi №1-Azərbaycanda Sərgilər” nominasiyasında “Brand Award Azerbaijan 2010” mükafatı ilə təltif olunub. 

“Caspian Oil and Gas”-2011 dünyanın 28 ölkəsindən 300-dən yuxarı şirkətin, o cümlədən neft və qaz sənayesi sektorlarını təmsil edən bütün bölmələrin istehsal və idarə etmə, neft və neft məhsullarının nəqli üzrə rəhbər işçilərinin, ekologiya işçilərinin, eləcə də elm xadimlərinin iştirakı gözlənilir. Sərgi sahəsinin 40 faizdən çox hissəsini, əsas etibarı ilə Xəzər Neft və Qaz tədbirinin daimi iştirakçıları olan dünya şöhrətli şirkətlər tutacaq. Qarşıda gələn sərgi sponsorlarının arasında SOCAR, “Caspian Geophysical”, “Cross Caspian”, “Oil and Gas Logistics”, BP, “McDermott Caspian”, “Inpex”, Conoco, OMV, RWE, “Caspian Pipe Coatings” və “Nobel Oil” şirkətləri var. Beləliklə, artıq bu gün keçən il ilə müqayisədə sərginin 25% artımı qeyd olunur.

Sərginin ikinci günü, yəni iyun ayının 8-də “Hyatt Regency” mehmanxanasının konfrans zalında “Caspian Oil and Gas” konfransı öz işinə başlayacaq. Bu konfransda Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın bu məsələdə rolu, ölkənin investisiya baxımından cəlbedici olması, habelə Azərbaycanda kəşfiyyat və hasilatın əsas inkişaf istiqamətləri kimi mövzular müzakirə ediləcək.

Artıq uzun illər ərzində keçirilməsinə baxmayaraq, “Caspian Oil and Gas” sərgisi əvvəlki kimi bütün dünyanın “neft-qaz elitasının” diqqət mərkəzindədir. Respublika rəhbərliyi tərəfindən neft-qaz çıxarma və karbohidrogen ehtiyatlarının nəqli yollarının diversifikasiyası sahəsində həyata keçirilən uğurlu siyasət, habelə Azərbaycanın iri neft və qaz layihələrində potensial iştirakı Xəzər enerji resurslarına olan yüksək marağı, eləcə də regional və qlobal enerji təhlükəsizliyi kimi məsələlərdə Azərbaycanın artan rolunu bir daha vurğulayır. Bu baxımdan, sözügedən sərgi və konfransın köhnə tərəfdaş və investorların illik görüş yeri kimi, o cümlədən neft-qaz sənayesində mövcud olan yüksək texnoloji avadanlıqların geniş miqyasda nümayiş etdirildiyi, habelə Xəzəryanı ölkələrdə neft-qaz sənayesinin inkişaf yollarının daha geniş anlamda, eyni zamanda, ətraflı və peşəkar səviyyədə müzakirə edildiyi bir yer kimi daşıdığı əhəmiyyət daha da aktual xarakter alır.






6 Aprel, 2011  15:52 Baxılıb: 1690 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner