Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nazirlikdə elektron xidmətlərin sayı 58-ə çatdı

Vergilər Nazirliyi tərəfindən göstərilməsi nəzərdə tutulan 60 elektron xidmətdən, 2012-2013-cü illərdə istifadəyə verilmiş 54 növü üzrə, inzibati reqlamentlər “Hüquqi Aktların Dövlət Reyestri” də elektron variantda dərc edilib.

Simsar.az xəbər verir ki, vergilər Nazirliyi tərəfindən daha 4 yeni xidmətin - “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı”, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatdan çıxarılması” və ”ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi” elektron xidmətlərinin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılıb.

Xatırladırıq ki, elektron xidmətlərin istifadəçiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi və fiziki şəxslərdir.  Xidmət interaktiv qaydada ödənişsiz həyata keçirilir və http://www.e-taxes.gov.az, http://www.e-gov.az, ünvanlarında istifadəçilərə təqdim olunur. Yeni xidmətlər barədə ətraflı məlumatı https://www.e-taxes.gov.az və office@taxes.gov.az  elektron ünvanından, nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzlərindən və 195 Çağrı Mərkəzindən əldə etmək olar.

Vüsal Qarayev

 






4 Sentyabr, 2014  15:00 Baxılıb: 1134 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner