Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Atatürkün xanımının gəlinliyini yenidən tikdilər

Simsar.az xəbər verir ki, İstanbulda bir moda evi tərəfindən Böyük Türk lideri Mustafa Kamal Atatürkün xanımı Lətifə xanımın gəlinliyinin eynisi tikilib. Moda evinin sahiblərindən Bəxtiyar Yöndəm bildirib ki, o vaxtlar Lətifə xanımın gəlinliyini  şəriki Fatma Akyıldızın nənəsi tikib. 1923- cü ilin yanvar ayında Mustafa Kamal Atatürklə evlənən Lətifə xanım həmin gəlinliyi toyunda geyinib. Bəxtiyar Yöndəm bildirib ki: “Atatürk, Lətifə xanımla toy tədarükünə başlayarkən yavəri Qərargah plakovniki Salih Bozokdan gəlinliyin, onun dərzi olan həyat yoldaşı Fatma Bozok tərəfindən tikilməsini rica edib. Fatma Bozok da gəlinliyi 6 aya tikib. Bu dövrün ən modern və göz oxşayan gəlinliyi olub. Şərikim Fatma Akyıldız gəlinliyin orjinalını tikən Fatma Bozokun 4-cü nəvəsidir. Bu gəlinliyin eynisini tikməyə qərar verdiyimiz zaman uzun müddət araşdırmalar apardıq.  Lətifə xanımın İzmirdəki malikanə muzeyində sərgilənən gəlinliyi diqqətlə nəzərdən keçirdib qəlibini çıxartdıq. Nəticədə gəlinliyi əslinə uyuğun şəkildə tikməyi bacardıq”.

İstanbulda sərgilənən gəlinliyə vətəndaşlar tərəfindən çox maraq göstərildiyini bildirən Bəxtiyar Yöndəm, gəlinliyi 9 nəfərin təxminən iki ayda tikdiyini deyib. Küpürü, eyni model və formada yenidən hördüklərini ifadə edən Akyıldız bunları qeyd edib: “Gəlinliyi eyni maşınla tikdik və yenə eyni ütü ilə ütülədik. Bu tikiş maşını və kömür ütüsü moda evimizdə nadir halalrda istifadə edirik. Küpürünü də yenidən əslinə uyğun olaraq xüsusilə hazırlatdıq. Yorucu bir iş oldu, amma nəticədə yaxşı bir iş ortaya çıxartdıq. Bu gəlinliyini mənəvi dəyəri var. Buna görə maddi dəyər içmədik. Bunu bir müddət moda evimizdə sərgiləyəcəyik. Oktyabrın 29-a qədər ən yüksək qiymət verənə satacağıq və əldə edilən gəliri Məhmətçik Vəqfinə bağışlayacağıq”.

Günel

 

 

 

 

 






4 Sentyabr, 2014  10:39 Baxılıb: 1228 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner