Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Elektron keçiricili prosessorlar hazırlanır

Kaliforniya Universitetinin alimləri “Google” şirkətinin “Quantum Artificial Intelligence” tədqiqat qrupu ilə birlikdə kvant kompüterlər üçün yüksək dəqiqliyə malik elektron keçirici komponentlərə əsaslanan prosessor hazırlamağa başlayıb. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, universitetin professoru Con Martinisin rəhbərliyi ilə qrup bu komponentlərin yaradılmasında böyük uğura nail olub. Alimlər “Google” mütəxəssislərinə qoşularaq optimallaşdırma və məntiqi fikir tapşırıqlarının həlli üçün kvant prosessorların yeni konstruksiyalarını ərsəyə gətirməyə çalışacaqlar. Bundan başqa, kvant kompüterin yaradıldığı “D-Wave Systems” şirkəti və “NASA”-nın “Vesuvius” prosessorlu 512 kubit tutumlu kompüterin quraşdırıldığı tədqiqat mərkəzi ilə əməkdaşlıq nəzərdə tutulur. O, 1000 kubit tutumlu “Washington” prosessoru ilə əvəzlənəcək.

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementidir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmaq imkanını verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssasdır. Kaliforniya Universitetinin alimləri məhz bu problemin həlli üzərində uğurla iş aparırlar.

Simsar.az

 

 






3 Sentyabr, 2014  19:24 Baxılıb: 1107 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner