Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hazırlıq kurslarını ibtidai sinif müəllimləri keçəcək – NAZİRLİK

Azsaylı xalqların uşaqları üçün hazırlıq kursları ibtidai sinif müəllimləri tərəfindən tədris olunacaq

“Bu tədris planı azsaylı xalqların uşaqlarının tədris dili üzrə nitq bacarıqlarının formalaşdırılmasını, eləcə də onların məktəbə hazırlığının təmin olunmasını nəzərdə tutur”. Simsar.az-ın məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarovun  azsaylı xalqların uşaqları üçün hazırlıq siniflərinin 2014-2015-ci dərs ilinə aid tədris planının təsdiqi barədə imzaladığı əmrdə deyilir.

Əmrə əsasən, hazırlıq sinfinə hər il sentyabr ayında 5 yaşı tamam olan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqlar qəbul edilirlər.

Hazırlıq sinfi, bir qayda olaraq, uşaqların sayı 20-dən artıq olmamaqla komplektləşdirilir. Zəruri hallarda həmin sinif məktəbin yerləşdiyi ərazidəki 5 yaşlı uşaqların sayı nəzərə alınmaqla az uşaq sayı ilə də (5 nəfərdən az olmamaq şərtilə) komplektləşdirilə bilər.

Hazırlıq sinfində dərs məşğələləri həftədə 4 gün təşkil olunur. Bir dərs məşğələsinin müddəti 35 dəqiqədir. 1-ci və 2-ci məşğələnin hər birindən sonra 5, üçüncü məşğələdən sonra isə uşaqlara  15 dəqiqəlik tənəffüs verilir.

Hazırlıq sinfində təhsil alan uşaqlara ev tapşırıqları nəzərdə tutulmur.

Hazırlıq sinfində məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, şagirdlərin təlim nailiyyətləri şifahi formada aparılır və bu barədə valideynlərə məlumat verilir.

Hazırlıq sinfində məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılır.

Hazırlıq sinfində təhsil alan uşaqlar dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.

 

Aysel Kərimova







3 Sentyabr, 2014  09:57 Baxılıb: 4729 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner