Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Putinin “Kiyevi 2 həftəyə alaram”ına CAVAB verildi

İtaliya qəzeti La Republica, Rusiya prezidenti Vladimir Putinin Ukrayna böhranı ilə əlaqədar, Avropa Birliyi Komissiyası Sədri Jose Manuel Borrozayla telefon danışığında, “İstəsəm Kiyevi 2 həftə içində alaram” dediyini yazıb.

Müxtəlif ölkələrinin deliqasiyalarına və təmsilçilərinə istinad edilən xəbərə görə, Putin bununla, AB tərəfindən həyata keçriləcək yeni sanksiyaların qarşısını almaq istəyib. Barroza isə Putinin bu sözlərini AB zirvə toplantısında liderlərə çatdırıb. Xəbərdə NATO-nun Ukraynaya 4 min əsgər göndərmə qərarında Putinin bu sözlərinin böyük rol oynadığı bildirilib. Rəsmi Kremldən xəbərlə bağlı verilən açıqlamada, bu cümlənin ümumi mətndən çıxarılaraq, mənasının dəyişdirildiyi deyilib.

NATO-dan Şərqə 4 min əsgər

Uelsdə keçriləcək NATO toplantısı öncəsi təşkilatdan Rusiyanı qəzəbləndirəcək qərar verilib. NATO lazım gələrsə Şərqi Avropada sürətli şəkildə yerləşdiriləcək təcili müdaxilə gücü planı hazırlayıb. Bu güclərin 28 NATO üzvü ölkənin dəstəyi ilə qurulması və 2 gün içində istənilən bölgədə yerləşdirilməsi planlaşdırılır.

Moskva cavab verəcək

NATO-nun bu planına Rusiyanın reaksiyası geçikməyib. Rəsmi Moskvadan verilən açıqlamada, NATO-nun Şərqi Avropaya güc göndərməklə şiddəti qızışdırdığı bildirilib. Və vurğulanıb ki, Moskva buna qarşılıq verəcək.

Vüsal Qarayev







3 Sentyabr, 2014  09:05 Baxılıb: 847 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner