Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: Məğlubiyyətin üzünə gülə bilmək...

Bahar  ayında  münbit  torpağın  içində  iki  toxum  yan-yana yatırmış.  Toxumlardan  biri  digərinə  “Mən  böyümək  istəyirəm, köklərimi altımdakı torpağın dərinliklərinə və gövdəmi yer üzünə göndərmək istəyirəm. Baharın müjdəçisi tumurcuqlarımın açılmasını istəyirəm.  Günəşin  istisini  üzümdə,  səhərin  dadlı  qoxusunu yarpaqlarımda hiss etmək istəyirəm.” demiş. Və toxum böyüməyə başlamış. İkinci toxum isə “Mən qorxuram...” demiş... Demiş ki, “Köklərimi  altımda  yatan  torpağın  dərinliklərinə  göndərsəm, qaranlıqlarda məni nəyin gözlədiyini bilə bilmərəm. Üstümdəki torpağı dəlib yer üzünə çıxmağa çalışsam, gövdəm zərər görə bilər... Hələ tumurcuqlarım açmağa başladığında üzərində ilbizlər gəzib, onları  yeməyə  çalışarsa?!.  Ya  tumurcuqlarım  açılıb  çiçəyə çevrildiklərində balaca bir uşaq məni qopardarsa?! Yox, yox! Ən yaxşısı burda qalıb gözləməkdir... Böyümək üçün bəlkə daha etibarlı bir zaman tapa bilərəm.” İkinci toxum gözləməyə başlamış. Birinci toxum köklərini torpağın dərinliklərinə, gövdəsini yer üzünə göndərərkən, yumşalmış torpağı eşələməyə başlayan bir toyuq ikinci tox-umu tapmış və onu yemişdir...

İlginc öyküdür. Hələ qədim zamanlar qədim yunan natiqi və ictimai xadimi Demosfen deyidi ki, bir işi başa çatdırmaq üçün ilk növbədə cəsarət lazımdır. Cəsarət insanın ən önəmli özəlliklərindən biridir və onsuz insanın inkişafı mümkünsüzdür. İngiltərənin dövlət xadimi Uinston Çörçilə görə isə insanın digər özəllikləri  məhz cəsarət sayəsində inkişaf edir.

“Qoy hamı məni tərk etsin, amma cəsarət tərk etməsin” deyən alman filosofu İohann Qotlib Fitxe onun insanın həyatındakı önəmini qabardaraq  təqdim  etmişdi.  Çünki  qələbə  qazanmaqla  yanaşı, məğlubiyyətə təslim olmamanın əsas şərti kimi də görülür cəsarət...

“Məğlubiyyətin üzünə gülə bilsən, demək cəsursan” deyirdi Fransa imperatoru Napaleon Bonopart...

“Qələbənin rəhni cəsarətdir” deyən amerikalı dini lider Alek-sandr Kembellin fikirlərini ingilis filosofu Con Lebborun “cəsarətini itirməyənə qədər heç kəs özünü məğlub saya bilməz” fikri ilə də tamamlamaq olar. Bir çox istedadlı adamların həyatdakı uğursuz-luğlarını məhz qorxaqlığa, cəsrətsizliklə bağlayanlar az olmayıb.

Əslində, onların sayı da az deyil. “Sahilin gözdən itməyinə casarət etmədikcə insan yeni okeanlar kəşf edə bilməz” deyən fransız yazarı Andre Gidin fikirlərini qəbul edənlərin sayı yetərincə çoxdur.

“Həyat insanın cəsarəti qədərində daralır və ya genişlənir” deyən digər bir fransız yazarı Anais Nin kimi...

“Cəsarət heç qorxmamaq deyil, qorxuya baxmayaraq bir şey edə  bilməkdir”  deyib  dahilər.  Məsələn,  qədim  Roma  filosofu Senekaya görə əslində bizə çətin kimi görünən işlərin bəziləri də məhz cəzarətimizlə bağlıdır: “Cürət edə bilməməyimizin səbəbi işlərin  çətinliyi deyil. Sadəcə, curət edə bilmədiyimiz üçün işlər çətindir” deyirdi.

Cəsarətə həyatında böyük önəm verən Amerika ictimai-siyasi xadimi Bencamin Franklin isə cəsarəti olmayan insanl iti ağzı ol-mayan bıçağa bənzədirdi. İngilis filosofu Con Lebbor isə təhlükədən xilas ola bilmədə də cəsarətin böyük rolunu xüsusi vurğulayıb:

“Təhlükənin üzərinə cəsarətlə baxmaq özünü ondan xilas etməyin ən yaxşı vasitəsidir” deyirdi və Platonun yüz illər “cəsarət təhlükə qarşısında ağıl və zəkadan istifadə edə bəlməkdir” düşüncəsini bir daha təsdir edirdi. “Təhlükəni heçə saymaq yox, onu qabaqcadan duyub tədbir görmək cəsarətdir” deyən fransız filosofu və riyaziy -yatçısı Rene Dekart əslində cəzarət anlayışını bir az da genişləndirdi.

Böyük Osmanlı İmperatoru isə həyatda uğur qazanmanın üç önəmli şərtindən birini məhz cəsarət adlandıraraq, deyirdi: “Cəsarət insanı zəfərə, qərarsızlıq təhlükəyə, qorxaqlıq isə ölümə aparar”.

“Cəsarət  qəhrəmanlığın  anasıdır”,  “cəsurun  baxışı  qorxağın qılıncından itirdir” düşüncəsidir məhz insanı uğurlara aparan...

Cəsaərt təkcə qalibiyyət, uğur üçün deyil, həqiqəti qəbul edə bilmək üçün önəmli bir xarakterdir. İngilis şairi Valter Skotun təbirincə desək, “Cəsarəti olmayan kəs heç bir həqiqəti qəbul etmək istəməz”. Çünki Amerika pedaqoqu və yazışısı Pol Eldricin fikirləri ilə desək, “Cəsarət qol gücündən deyil, ruh gücündən yaranır”...

Cəsarət insana şərlə mübarizədə lazım olan ən böyük silahdır.

Fransız dilşünası Pyer Buastın təbirincə desək, “İgidlik müqa -vimət üçün, cəsarət şərə hücum etmək üçün lazım olan gücdür”...

Cəsarət elə bir keyfiyyətdir ki, o insanları xeyirxahlığa sövq edir.

“Qorxaqlar amansız, cəsurlar xeyirxah olur” deyən ingilis şairi Con  Qayın  fikirləri  əslində  insanlığın  yüzillərdir  qəbul  etdiyi həqiqətdən qaynaqlanır. Çünki digər ünlü bir ingilis şairi Roye Mon-tenyenin təbirincə desək, “başqalarını xoşbəxt edə bilməyin özü də cəsarət tələb edir”.

Amerika yazıçısı Corc Dillon isə ən cəsur insanı sadə bir cümlə ilə belə izah edib: “Tamahına hakim olan kəs ən cəsur insandır.”

Bir sözlə, çətinliklərdən qorxaraq torpaqda qalmağa üstünlük verən buğda deyil, bütün çətinlikləri gözönünə alaraq, torpağın dərinliyinə, yerin üzünə, gün işığına çıxan toxum kimi olmaq lazım...

Həyat ordadır – çətinliyin olduğu yerdə...

 






3 Sentyabr, 2014  08:40 Baxılıb: 1301 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner