Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir xaricdə oxuyacaq tələbələri qəbul etdi

Mikayıl Cabbarov: “Tələbələr təhsilini Böyük Britaniya, ABŞ və İspaniyada bakalavriat və magistratura səviyyələrində davam etdirəcəklər”

Təhsil naziri Mikayıl Cabbarov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş tələbələrin növbəti qrupu ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və dövlətimizin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş tələbələrin növbəti qrupu təhsilini Böyük Britaniya, ABŞ və İspaniyada bakalavriat və magistratura səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında Corc Vaşinqton, Edinqburq, Empreza, Qlazqo, Kinqs Kollec, London İqtisadiyyat Məktəbi kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır.

Aysel Kərimova

 






2 Sentyabr, 2014  16:39 Baxılıb: 701 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner