Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Ərdoğan qardaş evinə gəlir” – DEPUTAT

Simsar.az xəbər verir ki, bu gün "Azadlıq" qəzeti "YAP-çı deputat Ərdoğanla bağlı mövqeyini niyə dəyişdi?" adlı bir məqalə dərc edib. Milli Məclisin deputatı Aydın Mirzəzadə dərc edilən məqaləyə münasibət bildirib.

“Orada mənim bir həftə əvvəl Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Təyyub Ərdoğanın inaqurasiyasına Ermənistan prezidentinin dəvət edilməsi faktına mənfi münasibətimlə, bir müddət əvvəl Türkiyə dövlət bşaçısının sentyabrın 3-nə olan rəsmi səfərinə olan şərhim üzbəüz qoyulur. Və bu nəticəyə gəlinir ki, YAP-çı deputat Ərdoğanla bağlı mövqeyini dəyişib” – deputat belə deyib.

Səhv mülahizədəsiniz, cənablar!

O, həmçinin bildirib ki, iki müxtəlif məsələni qarşıdırmaqla mülahizə predmetini amorf vəziyyətə salırlar: “Türkiyənin bir protokol nümunəsinə olan münasibət, Türkiyənin dövlət başçısına olan münasibət demək deyildir. Bu gün də o qənatədəyəm ki, Türkiyə prezident inaqurasiyasına düşmən ölkəni dəvət etməməli idi. Ermənistanın xarici işlər nazirinə gələn il keçiriləcək uydurma soyqırım yığıncağına dəvətnaməni Ankarada təqdim etməyə şans verilməməli idi. Türkiyə Ermənistanın iştirakı ilə nüfuz qazanmır və onun böyüklüyü dünyada artıq qəbul edilmiş bir aksiomdur. İnaqurasiya dostların məclisidir və Ermənistanın orada nə statusda iştirakı Türkiyənin dostları üçün aydın deyildir”.

“Türk xalqının görkəmli dövlət xadimi Rəcəb Təyyyub Ərdoğana isə münasibət həmişə müsbətdir. O, Türkiyənin müasir tarixində görkəmli yer tutur və axırıncı seçkidə birinci turda qələbəsi cəmiyyətdə onun qazandığı yüksək nüfuzun göstəricisi idi. Onun Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi sahəsində rolu da kifayət qədər ciddidir. Onun Azərbaycana səfəri qardaşın qardaş evinə olan səfəridir. Hər bir azərbaycanlı onun səfərinə "xoş gəlmisiniz" – deyir” – deyə Mirzəzadə əlavə edib.

Hüseyn İbadlı







2 Sentyabr, 2014  13:22 Baxılıb: 830 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner