Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Nodulyar dermatit" virusuna yoluxan heyvanların sayı azalıb - AÇIQLAMA

İribuynuzlu heyvanlar arasında yayılan "Nodulyar dermatit" virusu ilə bağlı son vəziyyət

“Havaların sərinləşməsi ilə bağlı iri buynuzlu heyvanlar arasında yayılan yoluxucu "Nodulyar dermatit" virusuna yoluxan heyvanların sayında azalma müşahidə olunur”. Bunu Simsar.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli deyib.

O, bildirib ki 1 həftə əvvəl gün ərzində 120-200-ə yaxın heyvan "Nodulyar dermatit"virusuna yoluxurdu. Lakin dünən aldığımız məlumata görə, gün ərzində 68 baş iribuynuzlu heyvanda xəstəliyə yoluxma halı qeydə alınıb.

“Xəstəlik baş qaldırandan indiyə qədər isə 1741 heyvanda "Nodulyar dermatit" virusu müşahidə edilib. Onlardan 1496 baş müalicə olunub, 227 iribuynuzlu heyvan isə müalicə altındadır”.

Y.Xanvəli xəstəliyə yoluxma hallarının azalmasının aparılan profilaktik tədbirlər, dizenfeksiya işləri, müalicə tədbirlərinin və son günlər havaların sərinləməsi ilə bağlı olduğunu qeyd edib. “Havaların sərin keçməsi qansoran həşaratların fəaliyyətində zəiflik yaratdığından son 3-4 günün nəticəsinə uyğun olaraq, xəstəliyin azalması müşahidə olunur”.

Y. Xanvəli xəstəliyin yayıldığı 10 rayon içində üstünlk təşkil edən Ağdaş, Zərdab və Bərdədə vəziyyətin stabilləşdiyini deyib. “Hazırda Zərdabda 20 baş iribuynuzlu, Bərdədə isə 8 baş heyvan müalicə alır”.

Xatırladaq  ki, son bir həftə ərzində  Zərdabda “Nodulyar dermatit” virusu 193 heyvana yoluxmuşdu. Onların 144-ü müalicə olunmuş, 45-i isə müalicə altında idi. Bərdədə isə “Nodulyar dermatit” virusuna yoluxan 190 heyvandan  90 başı müalicə olunmuş, 100 başı isə müalicə altında idi.

DBX rəsmisi "Nodulyar dermatit" virusu baş qaldırandan indiyə qədər yayılmış virusla yanaşı gedən digər  xəstəliklərin təsirindən 18 baş heyvan tələf olduğunu deyib. “Respublikanın 10 rayonunda müşahidə edilən "Nodulyar dermatit" virusu ilə bağlı Goranboy, Samux, Yevla, Şəmkir, Cəlilabad rayonlarından son 15 gündən uzun müddətdir ki, xəstəlik haqqında məlumat almırıq. Həmin rayonlarda xəstəliyin qarşısı alınıb”.

Y.Xanvəli deyir ki,  yeni virus daha çox Ağdaş, Zərdab və Bərdə  rayonlarında geniş yayılıb. Elə bu səbəbdən də həmin rayonlarda heyvan bazarları müvəqqəti bağlanıb.

“Bu rayonların bütün giriş və çıxışlarında Dövlət Baytarlıq Xidmətinin müfəttişləri ilə birlikdə polis nəzarət məntəqələri yaradılıb. İribuynuzlu diri heyvanların rayonlardan çıxışı qəti qadağa qoyulub

Virusa yoluxmuş heyvanların ət və süd məhsullarının istifadəsinə gəlincə,  DBX rəsmisi bununla bağlı paytaxtın, eləcə də rayonların iaşə obyektlərində mütəmadi olaraq, ciddi yoxlamalar aparıldığını bildirdi.

"Bu xəstəlik ətdən keçmir. Yalnız diri heyvanlardan bir-birinə yoluxur. Yoluxma ağcaqanad və digər həşəratlar vasitəsi ilə baş verir. Xəstəliyin insana keçmə ehtimalı isə tamamilə yoxdur. Qeyd edim ki, sözügedən virusa xırdabuynuzlu heyvanlar yoluxmur".

Xəstəlik ölkəmizdə qeydə alındığı ilk gündən Kənd Təsərrüfatı Nazirliyinin göstərişi ilə müayinə üçün lazım olan testlər qısa müddətdə alınaraq respublikaya gətirilib. Respublika Baytarlıq laboratoriyasında aparılan müayinələr nəticəsində yayılan virusun "Nodulyar dermatit" olması təsdiqini tapıb. Virusun qarşısını almaq məqsədi ilə bütün rayonlar lazımı tibbi preparatlarla təmin edilib və bütün tədbirlər bu tədbirlər dövlət hesabına aparılır.

Xatırladaq ki, "Nodulyar dermatit" virusu ölkənin daha çox Aran və Qarabağ bölgəsindəki iribuynuzlu heyvanlar arasında yayılıb. Artıq xəstə heyvanlar arasında ölüm halları da qeydə alınıb. Bu xəstəliyə yoluxan 1741 heyvandan 18-i tələf olub.

Ancaq iribuynuzlular arasında baş qaldıran “Nodulyar dermatit” virusu bu ilin əvvəlindən İran və Türkiyəyə yaxın ərazilərimizdə qeydə alınıb.  Xəstəlik iki aydan çox vaxtdır ki, Azərbaycanın 10 rayonunda  iribuynuzlu heyvanlar arasında yayılıb.

Aysel Kərimova







2 Sentyabr, 2014  11:25 Baxılıb: 986 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner