Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ötən ay 14 nəfəri ilan sancıb

“İlansancmasından 2 nəfər hələ xəstəxanada müalicə alır”

Bunu Simsar.az -a açıqlamasında Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinin müdiri Azər Maqsudov söyləyib.

Azər Maqsudov bildirib ki, avqust ayı ərzində  Azərbaycanda 14 nəfəri ilan, 2 nəfəri əqrəb, 7 nəfəri hörümçəyin zəhərli növü olan qara qurd sancıb. Əqrəb və qaraqurd sancması ilə müraciət edənlərin vəziyyəti qənaətbəxş hesab edildiyindən evə buraxılıblar. İlan sancması ilə əlaqədar isə 2 nəfərin yarası orta ağır qiymətləndirildiyindən hlə evə buraxılmayıblar.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ilan sancmasından mərkəzə müraciət edənlərin sayı azlıq təşkil edir.

Onun sözlərinə görə, müraciətlər əsasən Qaradağ rayonu, Qobu kəndi, Qəbələ, Şamaxı, Ağsu, rayonlarından olub.

Azər Maqsudov ilan, əqrəb və qara qurd sancmaları halları ilə bağlı əhaliyə xəbərdarlıq da edib:

“Əhali, xüsusən istirahətdə olan vətəndaşlarımız meşədə, çöldə, otluq ərazilərdə diqqətli olmalıdırlar. Digər tərəfdən, əgər ilan, əqrəb və qara qurd sancması baş verərsə, tez bir vaxtda onlar həkimə çatdırılmalıdır. Bəzən rayonlarda ilan, əqrəb və qara qurd sancan insanların zərdab vurulmadan Bakıya xəstəxanaya gətirilməsi faktına rast gəlinir. Yaxşı olardı ki, bu insanlara öncə rayon xəstəxanasında zərdab vurulsun”.

Aysel Kərimova

 






2 Sentyabr, 2014  09:57 Baxılıb: 725 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner