Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azərkosmos” veb-səhifəsini yenilədi

“Azərkosmos” ASC-nin həm dizayn, həm də məzmun baxımından yenilənmiş rəsmi veb-səhifəsi istifadəçilərin ixtiyarına verilib.

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Səhifənin hazırlanması prosesində müştəri məmnunluğu və peşəkarlıq prinsipləri rəhbər tutulmuşdur. İstifadəçilər buradan “Azərkosmos”un fəaliyyəti, göstərdiyi xidmətlər, şirkətin sosial məsuliyyət siyasəti, “Azerspace-1” peykinin göstəriciləri və əhatə dairəsi barədə məlumat ala bilərlər.

Yenilənmiş səhifənin fərqli xüsusiyyəti onun daha müştəriyönümlü olmasıdır. Belə ki, səhifədəki müştəri alətləri hazırkı və gələcək müştərilərə və peykin siqnalını qəbul edən istifadəçilərə peykdən istifadəyə dair təlimatlarla tanış olmaq, azimut və qalxma bucağını müəyyən etmək, yerdəki antenaları düzgün şəkildə peykə doğru yönləndirmək və Günəş tutulması vaxtını əvvəlcədən müəyyən etmək imkanı verir.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.







1 Sentyabr, 2014  18:47 Baxılıb: 1152 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner