Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sərhəddə daha bir erməni tutuldu

Avqustun 26-da Ermənistan vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq ölkəmizin ərazisinə keçib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az verilən məlumata görə, könüllü olaraq Qazax rayonunun Kəmərli kəndi istiqamətində ərazimizə keçərkən S.Ananyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb: "İlkin araşdırma nəticəsində məlum olub ki, Ermənistanın Noyemberyan rayonundan olan S. Ananyan ölkəsindəki sosial vəziyyətin agırlığından, şəraitsizlikdən və səfalətdən narazıdır. O bildirib ki, 10 yaşından sol ayağında problemlər olduğuna görə təhsildən və hərbi xidmətdən kənarda qalıb.

Dolanışığı çətin olduğuna görə həmişə muzdlu əməklə məşğul olub. Ölkəsindəki çətin durumdan bezdiyini deyən erməniyə görə, sosial vəziyyət o həddə çatıb ki, onun həmkəndlilərinin əksəriyyəti Azərbaycana keçmək, burada sığınacaq tapmaq niyyətindədirlər".

Nazirlikdən o da bildirilib ki, saxlanılan şəxs hazırda həkimlərin nəzarəti altındadır və onunla beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.






1 Sentyabr, 2014  17:45 Baxılıb: 819 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner