Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“One caucasus” mədəniyyət festivalı – FOTO

Gürcüstanın və Polşanın Mədəniyyət və Tarixi Abidələrin Mühafizəsi Nazirliyi, Marneuli şəhər icra hakimiyyətinin, Varşava şəhər meriasının dəstəyi, Polşada fəaliyyət göstərən “Fundacja inna przestren” təşkilatının təşkili ilə avqust ayının 28-dən 31-dək Gürcüstanda, Marneuli şəhərinin Tserakva kəndində “One caucasus” adlı beynəlxalq mədəniyyət festivalı keçirilib. Festivalı açan Fondun prezidenti Viltek Hebanovski bir çox xalqları təmsil edən gənclərin əlaqələrinin daha da genişləndirilməsini və mədəniyyətlərarası dialoqun təmin olunmasında festivalın rolunu vurğulayıb.

Festivalda Ukrayna folklor ansamblı və Marneuli musiqi kollektivi çıxış edib. 4 gün davam edən festivala 20 dövlətdən (Polşa, Ukrayna, Azərbaycan, Yamayka, Amerika Birləşmişmiş Ştatları, Gürcüstan, Ermənistan, Hindistan, Koreya, Böyük Britaniya və s.) nümayəndələr qatılıb. Tədbirdə Azərbaycanı 5 nəfər təmsil edib.

Açıq səma altında keçirilən festivalda Azərbaycan, Gürcüstan, Ukrayna, Ermənistan və digər xalq mətbəxinin nümunələri nümayiş etdirilib, Marneuli sakinlərinin becərdikləri kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil edilib. İstedadlı gənclərin əl işləri, rəsm əsərləri, foto və video bacarıqlarından ibarət sərgi nümayiş olunub. Tədbirdə gənclər, uşaqlar və yeniyetmələr üçün təşkil olunan əyləncəli proqramlar, ustad dərsləri, eyni zamanda sənədli filmlər də nümayiş olunub.

Festivala həmçinin tanınmış müsigiçilər qatılıb, onlardan Clive Brown, Pako Sarr, Julian Chambers, Volosi və digərləri. Azərbaycandan tanınmış fotoqraflar və ictimayyət nümayyənələri iştirak ediblər.

Simsar.az

 






1 Sentyabr, 2014  17:06 Baxılıb: 976 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner