Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Akkord”la sakinlər arasında PROBLEM

Abşeron Gənclər Şəhərciyində sakinlərə arayışı kim verməlidir?

Abşeron Gənclər Şəhərciyinin sakinləri yaşayış yerindən arayış ala bilmirlər. Ərazidə Mənzil Kommunal İstismar İdarəsi olduğu halda, sakinlərə oradan arayış verilmir. Arayışı “Akkord” şirkətindən almaq lazım oldugu bildirirlər. Sakinlər bir arayış üçün şəhərin mərkəzindəki “Akkord”un baş ofisinə getməli olurlar. Üstəlik özü ilə bərabər evin sənədlərini, şəxsiyyət vəsiqəsini, nigah haqqinda şəhadətnaməni, usaqların doğum haqqında şəhadətnamələrini və.s götürmək məcburiyyətində qalırlar. Bir arayış almaq üçün vətəndaş olduqca əziyyət çəkir. Yaşayış ərazisində MKİS olduğu halda, camaat nə üçün binani tikən şirkətdən arayış almalıdır? Gənclər şəhərciyində 29 bina və 5 minədək ev var, bu qədər sakin arayiş üçün get-gələ düşür.

İqtisadçı ekspert Samir Əliyev Simsar.az-a açıqlamasında məslə ilə bağlı bildirdi ki, MKİS-lər yalnız dövlət tabeçiliyində olan binaların sakinlərinə arayış verə bilər: “Bu gün dövlətin tabeçiliyində yaşayış binası qalmayıb və faktiki olaraq da MKİS-lərin fəaliyyəti qeyri-qanunidir. Hansısa özəl şirkətin tabeliyində olan binaya MKİS-lər müdaxilə edə bilməz”. Ekspert Abşeron Gənclər Şəhərciyinin sakinlərinin arayışı “Akkord” şirkətindən almalarının qanuna uyğun olduğunu da əlavə edib.

"Akkord" şirkətindən də bildirilib ki, prosedur qaydadalarına uyğun olaraq sakinlər yaşayış yerindən arayış almaq üçün, baş ofisə getməlidirlər.

Vüsal Qarayev

 






1 Sentyabr, 2014  16:16 Baxılıb: 1167 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner