Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Muasir Musavatdan Prezidentin çıxışına DƏSTƏK

Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Beyləqana səfəri zamanı çıxış edərək xaricdən maliyyələşən və yardım adı altında milyonlarla vəsaitin otürüldüyü müxalifəti milli satqın adlandırıb.

Simsar.az xəbər verir ki, Prezidentin bu tənqidi çıxışı Muasir Musavat Partiyasının İdarə Heyətinin bu günkü toplantısında müzakirə edilib. Partiya sədri Hafiz Hacıyev ölkə Prezidentinin mövqeyini dəstəklədiyini qeyd edib: “İllərdir mən istər efir vastəsi ilə, istər digər mətbuatlara müsahibələrimdə xaricin maliyələşdirdiyi satqın müxalifət haqqında kifayət qədər sərt açıqlamalar vermişəm. Bu cür açıqlamalarımdan sonra hər dəfə  təzyiqlərlə üzləşmişəm. Xarici dairələr öz gizli planlarını xüsusən gənclər vasitəsi ilə həyata keçirməyə çalışırlar. Mən çox sevinirəm ki,ölkə prezidenti də bu gün öz çıxışında baş verənləri çox dəqiqliyi ilə ictimayyətə açıqlayıb”.

MMP sədri öz dövlətinə qarşı çalışan qüvvələri bir daha sərt cümlələrlə qınayıb və bildirib ki, Azərbaycanın uğurlarına kölgə salmağa çalışan, sabitliyini pozmaq istəyən qüvvələrə qarşı həmişə barışmaz olub, bundan sonra da  mövqeyindən dönməyəcək.

Toplantıda İsa Qəmbərin Tibilisidə ermənlərdən aldığı bir milyon, ƏliKərimovun Avropada yaşayan partiya üzvlərinin əli ilə ölkə daxilində qarışıqlıq salmaq məqsədi ilə aldığı milyonlarla dollar və Cəmil Həsənlinin erməni kürəkəninin vasitəsi ilə aldığı milyonların araşdırılması partiyanın üzvləri adından hüquq mühafizə orqanlarından xahiş edilib.

Toplantıda çıxış edən digər partiya funksionerləri də H.Hacıyevin fikrini dəstəklədiklərini qeyd ediblər.

MMP Mətbuat Xidməti

 






1 Sentyabr, 2014  14:50 Baxılıb: 764 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner