Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Xəzər hövzəsi regionu ilə bağlı - PROQRAM

2014-cü ilin üçüncü rübündə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüqüqları İnstitutu (İHİ) Azərbaycan və Xəzər hövzəsi regionu ilə bağlı elmi tədqiqatların aparılması məqsədi ilə birgə proqram həyata keçirib.

XİN-dən Simsar.az-a verilən məlumata görə, qeyd olunan proqramda regionla bağlı tədqiqatlar aparan beynəlxalq elmi qurumlar və beyin mərkəzlərindən olan tədqiqatçılar iştirak edir.

İyul-avqust aylarında qeyd olunan proqramda Litvanın Mykolas Romeris Universitetinin Beynəlxalq və Avropa İttifaqının Hüquq İnstitutunun mütəxəssisi “Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpa olunması” mövzusunda İnsan Hüquqları İnstitutunda araşdırma aparmış və araşdırmaların nəticələri üzrə təqdimat keçirib.Tədqiqat nəticəsində əldə edilən məlumatların Azərbaycan və Litva Respublikasında məqalə şəklində dərc edilməsi planlaşdırılır.

İştirakçı proqramı uğurla başa vuraraq müvafiq sertifikatla təltif edilib.

AİDA və İHİ-nin birgə həyata keçirdiyi bu tədqiqat proqramının davam etdirilməsi nəzərdə tutulur.

Simsar.az






1 Sentyabr, 2014  12:03 Baxılıb: 911 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner