Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gəncədə 25 saylı TSEK-in binaları təmir edildi - FOTOLAR

Gəncədə Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və  Gəncə şəhər 25 saylı Tibbi-sosial ekspert komissiyasının (TSEK) əsaslı təmir edilib. Simsar.az xəbər verir ki, hər iki qurumun yerləşdiyi binada əvvəllər mövcud olmuş yararsız şərait bu qurumların normal fəaliyyəti, habelə vətəndaşlara lazımi səviyyədə xidmət göstərmələri üçün çətinliklər yaradırdı. Bununla əlaqədar, binada əsaslı təmir işləri aparılıb, işçilər müasir tələblərə uyğun iş şəraiti, müvafiq texniki və məişət avadanlıqları ilə təmin ediliblər. Şəffaf iş rejiminin qurulması üçün iş otaqları şüşə arakəsmələrlə əhatələnib.

Bina ilə tanış olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin bütün yerli strukturlarında belə normal iş şəraitinin yaradılmasının diqqətdə saxlandığını bildirib: “Nazirlik sistemində çalışan hər bir əməkdaş layiqli iş şəraitində işləməlidir və biz bu istiqamətdə müvafiq işləri aparırıq. Bir qədər öncə Bakının Binəqədi rayonu üzrə 6 saylı TSEK-in əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təchiz edilmiş və müasir iş şəraiti ilə təmin olunmuş binasının açılışını etdik. Ümumiyyətlə, bu proses gedir və hansı qurumlarımızda ki, iş şəraiti baxımından çətinliklər var, orada müasir tələblərə uyğun şərait yaradılacaq”.

Daha sonra S.Müslümov Gəncə şəhər Məşğulluq Mərkəzində yaradılan iş şəraiti ilə tanış olaraq, mərkəzin fəaliyyətinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Gəncə Regional Peşə Tədrisi Mərkəzində aparılan təmir işlərinin gedişi ilə də tanış olan nazir həmçinin Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində olub. Mərkəzdə dövlət himayəsində yaşayanların məişət şəraiti, qida, geyim və tibbi xidmətlə təminatı vəziyyətini yerindəcə öyrənən S.Müslümov 1970-ci illərdə istifadəyə verilən bu müəssisədə əsaslı təmir işlərinin aparılmasına ehtiyac olduğunu bildirib. Bununla əlaqədar nazirliyin aidiyyatı struktur bölmələrinə göstərişlərini verib.

Simsar.az









1 Sentyabr, 2014  10:32 Baxılıb: 909 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner