Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycanlı səfir İordaniyada anıldı

İordaniyada Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı ilk səfiri mərhum Elman Araslının anma mərasimi keçirilib.

Azərbaycanın İordaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin, eləcə də Parlamentin üzvləri, “İbn Sina” SSRİ Ali Məktəblərin Məzunları Cəmiyyətinin sədri Salam Al-Atval, Krallığın ictimai-siyasi dairələrinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Səfirlikdən bildiriblər ki, səfir Sabir Ağabəyov mərasimdə çıxış edərək E.Araslının ömür yolundan, diplomatik fəaliyyətindən, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafındakı rolundan danışıb.

Bərpa olunan Enerji üzrə Ərəb Komissiyasının baş katibi, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü Saleh Ruşeydata çıxış edərək S.Araslını gözəl bir insan kimi xatırladıqlarını vurğulayıb, mərhumun ölkələrimiz arasındakı xidmətlərindən bəhs edib.

Mərasim iştirakçıları mərhum haqqında xatirələrini bölüşüb, E.Araslının ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Anma mərasimində xalqımızın adət-ənənələrinə uyğun ehsan süfrəsi açılıb.

Vüsal Qarayev







1 Sentyabr, 2014  09:14 Baxılıb: 760 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner