Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Mənim yolum” adlı xatirə sərgisi açılacaq

Oktyabrın 31-də “Qalereya 1969” sərgi salonunda Azərbaycanın məşhur rəssam-rejissoru Nazim Məmmədovun anadan olmasının 80 illik yubileyinə həsr edilən “Mənim yolum” adlı xatirə sərgisi açılacaq. Simsar.az xəbər verir ki, sərgi “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunacaq.

N.Məmmədov Azərbaycanın animasiya tarixində xüsusi yer tutur. Onun adı uşaqlığımızın ən sevimli cizgi filmləri ilə bağlıdır. Respublikamızda ilk cizgi filmlərinin müəllifi olan N.Məmmədov Azərbaycanda animasiyasının inkişafına əvəzsiz töhfələr verib. O, həm də rəngkarlıq, qrafika ilə məşğul olub, uşaq kitablarına illüstrasiyalar çəkib.

Noyabrın 5-dək davam edəcək sərgidə Nazim Məmmədovun ən məşhur işləri nümayiş olunacaq. Sərgiyə giriş sərbəstdir.

N.Məmmədov 1934-cü ildə Bakıda anadan olub. 1957-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1961-ci ildə Moskvada “Soyuzmultfilm” kinostudiyasında multiplikasiya kurslarını başa çatdırdıqdan sonra “Azərbaycanfilm” kinostudiyasında rejissor-multiplikator işləyib. Özünün birinci, eləcə də Azərbaycanın ilk cizgi filmi olan “Ayı və siçan”ı 1970-ci ildə çəkib. “Azərbaycanfilm” kinostudiyasında 40 sənədli filmin istehsalında iştirak edən N.Məmmədov 1988-ci ildə “Göyçək Fatma” adlı 5 hissədən ibarət respublikada ilk multfilm-operanı yaradıb.

Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da vəfat edib.

Günel







1 Sentyabr, 2014  08:22 Baxılıb: 817 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner