Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Nazarbayevdən ultimatum

“Qazaxıstanın maraqlarına toxunulacağı təqdirdə rəsmi Astana Avrasiya İqtisadi İttifaqından imtina etmək hüququnu özündə saxlayacaq”.

Simsar.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, bu sensasion bəyanatla bu ölkənin prezidenti Nursultan Nazarbayev çıxış edib.

Qazaxıstanın dövlət başçısı yerli “Xabar” telekanalına müsahibəsində deyib ki, əgər müqavilədə göstərilən qayda və şərtlərə əməl olunmasa, onun ölkəsinin Rusiyanın patronajlığı altında yaradılan Avrasiya İttifaqından çıxmaq hüququ heç bir halda mübahisə və müzakirə predmetinə çevrilə bilməz: “Qazaxıstanın belə bir addım atmaq, birliyi tərk etmək hüququ var. Mən bunu əvvəl də demişəm, bu gün də bir daha bəyan edirəm”.

N.Nazarbayevin sözlərinə görə, Qazaxıstan onun təhlükəsizliyini və müstəqilliyini təhdid edəcək heç bir birliyin tərkibində olmayacaq: “Ən qiymətli sərvətimiz müstəqilliyimizdir. Ata-babalarımız uzun müddət məhz bunun üçün mübarizə aparıblar. Biz bu müstəqilliyi heç kimə təslim etməyəcəyik, onu qorumaq üçün əlimizdən gələn hər şeyi edəcəyik”.






30 Avqust, 2014  22:02 Baxılıb: 1421 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner