Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Müsavat” nekroloq yaydı

Xəbər verdiyimiz kimi, 1992-93-cü illərdə Əbülfəz Elçibəyin hərbi məsələlər üzrə müşaviri vəzifəsini tutmuş, istefada olan general-leytenant Yaşar Dəmirbulaq 25 avqust 2014-cü ildə İstanbulda ürək-damar çatışmazlığından vəfat edib.

Simsar.az-ın məlumatına görə, Müsavat partiyası mərhum general-leytenantın ölümü ilə bağlı nekroloq hazırlayıb:

“Valideynləri İrəvan yaxınlığındakı Dəmirbulaq kəndindən olan Yaşar Dəmirbulaq 1933-cü ildə anadan olub. Türk ordusunda 35 il xidmət edən Yaşar Dəmirbulaq Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin rəisi, Türkiyənin Vaşinqtondakı hərbi attaşesi vəzifələrini tutub. O, 1988-ci ildə təqaüdə çıxıb. Azərbaycan Kültür Dərnəyinin önəmli üzvlərindən biri olub.

1992-ci ilin iyununda prezident Əbülfəz Elçibəyin dəvəti ilə Azərbaycana gəlib və bir il onun hərbi məsələlər üzrə müşaviri olub.

Müsavat Partiyasının rəhbərliyi Azərbaycan sevdalısı olan Yaşar Dəmirbulağın vəfatından kədərlənir, mərhumun ailə üzvlərinə, yaxınlarına, silahdaşlarına və Azərbaycan Kültür Dərnəyinin rəhbərlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Ruhu şad olsun!”






30 Avqust, 2014  16:47 Baxılıb: 688 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner