Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili müəllim və şagirdlərlə - FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Düz Cırdaxanda müəllim və şagirdlərlə görüşüb, qayğı və problemləri ilə maraqlanıb

Millət vəkili Qənirə Paşayeva Tovuzun Düz Cırdaxan kəndində müəllim ailələrini ziyarət edib, qayğı və problemlərlə maraqlanıb. Millət vəkili gənclərimizin təhsilli, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb. Müəllimlərlə görüşdə millət vəkili Qənirə Paşayeva başa çatmış dərs ilinin nəticələri, kənddə tələbə adını qazanan gənclərin sayı, onların göstərdiyi nəticələr ilə maraqlanıb və gələn tədris ili bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib. Millət vəkilinə məlumat verilib ki, bu il otra məktəbi bitirən 30 nəfərdən 12 -i ali məktəblərə qəbul olunmaq üçün müraciət etmiş onlardan 5 nəfəri ali məktəblərə, 1 nəfər texnikuma daxil olmuşlar. Millət vəkili Qənirə Paşayeva gələn il mütləq bundan daha  yaxşı nəticələr gözləyəcəklərini və buna ümid etdiyini deyib və müəllimləri qarşıdan gələn yeni tədris ili münasibətilə də təbrik edib. Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayan millət vəkili Qənirə Paşayeva məktəbin vəziyyəti ilə də maraqlanıb. Müəllimlər Düz Cırdaxan kəndinin məktəb binasının çox ağır vəziyyətdə olması və yeni məktəb binasına ciddi ehtyac olması və bu istiqamətdə müəyyən instansiyalara müraciət etdiklərini və Qənirə Paşayevadan millət vəkili kimi bu məsələdə dəstək göstərməsini xahiş ediblər. Məktəbi ziyarət edən millət vəkili məktəbə dəfələrlə baş çəkdiyini və doğrudan da müasir standartlara uyğun yeni məktəb binasına ehtiyacı olduğunu bildirərək bununla bağlı hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini və bu müraciətə müsbət yanaşılacağına ümid etdiyini də vurğulayıb. Millət vəkili kənddə eyni zamanda bir sıra gənclərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb. Millət vəkili onlara öz kitablarını imza ilə hədiyyə də edib.

 






30 Avqust, 2014  15:29 Baxılıb: 977 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner