Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev: "Əsgər yemək bişirməli deyil"

“Əvvəlki dövrdə bizim ordumuzda mülki işlərlə elə hərbçilər məşğul idilər. Əsgərləri əsas fəaliyyətindən ayırırdılar, onlar gedib orada xidmət sahəsində işləyirdilər”.

Simsar.az xəbər verir ki, bunu prezident İlham Əliyev deyib. O bildirib ki, əsgərlərin bu işlərdən azad edilməsi ilə bağlı göstəriş verib: “Bu mülki işlərə yerli camaatı götürsünlər. Bütün başqa təmas xəttinə yaxın olan yerlərdə, rayonlarda, kəndlərdə mülki işlərə yerli insanlar gedirlər, xidmət edirlər, dövlət maaş verir. Biz burada iki məqsəd güdürük. Həm əsgərlər xidmətdən ayrılmır, mülki vətəndaşlar isə işləyib maaş alırlar.

Əvvəllər belə bir praktika var idi ki, misal üçün, bir yerdən olan gənc xidmətə mütləq gərək başqa yerə göndərilərdi. Biz burada da dəyişikliklər etdik. Çünki xüsusilə zabitlər. Onlar indi öz doğma rayonlarında işləsələr, yaşasalar daha yaxşıdır. Ailələrinin yanında olacaqlar, daha da ürəkli olacaqlar, onlar üçün daha da rahat olacaq. Yəni, orduda islahatlar çoxşaxəlidir. Amma bu hissə də çox önəmlidir. Burada qısa müddət ərzində minlərlə iş yerləri yaradılıb. Məsələn, biri yemək bişirən. Orduda kim idi? Əsgər. Birincisi, əsgər yemək bişirə bilmir, ikincisi, axı yemək bişirmək onun peşəsi deyil”.






30 Avqust, 2014  09:28 Baxılıb: 856 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner