Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

BMT Əl-Qaidə ilə vuruşacaq?

Suriya ilə İsrail arasındakı bölgədə BMT əsgərləri, Nusra Cəphəsi tərəfindən mühasirəyə alınıb, bu da bölgədə yeni müharibə riski yaradıb.

Suriya ilə İsrail arasındak; Qolan Təpələrində xidmət edən BMT sülh güclərindən filippinli əsgərlərlə, Əl-Qaidənin qolu Nusra Cəphəsinin də içində olduğu suriyalı müxalifət gücləri arasında döyüşmək riski yaranıb.

Nusra Cəphəsi və digər müxalif güclər, Kuneytra Sərhəd Qapısını Suriya ordusunun əlindən aldıqdan sonra öncəki gün də, filipinli sülh qüvvələrindən 43 əsgər qaçırıb, 75 əsgərin olduğu ərazini də mühasirəyə alıb. Filipin ordusundan polkovnik Roberto Ancan, əsgərlərin istənilən hücuma qarşılıq verəcək  gücdə olduğunu deyib: “BMT obyektlərini müdafiə etmək üçün öldürücü gücdən istifadə edə bilərik. Əsgərlərimiz yaxşı silahlandırılıb, yaxşı təlimli və nizam-intizamlıdırlar”.

Təhlükəsizlik Şurası “Terroristlər” dedi

BMT Təhlükəsizlik Şurası da sülh gücləri əsgərlərinin qaçırılmasını qınayıb. Açıqlamada hadisənin “terrorist qruplar və dövlətlə əlaqəsi olmayan silahlı qruplar tərəfindən törədildiyi” bildirilib. Müxaliflər isə, BMT əsgərlərindən silahlarını təhvil vermələrini istəyir. Bu arada, BMT Qaçqınlar Yüksək Komissarlığının dünən verdiyi açıqlamaya görə, Suriyada 2011-ci ildə başlayan, 191-dən çox insanın öldüyü döyüşlərdə ölkələrindən qaçaraq qaçqın olan Suriyalının sayı 3 milyonu keçib.

İŞİD-in isə edamları bitmir

ABŞ-lı jurnalistdən sonra, İŞİD, bir gün öncə də bir Peşmərgə əsgərinin başını kəsib görüntülərini yayaraq İraq Kürd Regional Hakimiyyətini hədələyib. Bütün bunlar regionda hələ çox qanların axacağını göstərir.

Vüsal Qarayev







30 Avqust, 2014  09:25 Baxılıb: 744 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner