Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: “Dərdini kimə deyəsən...”

Keçmiş  zamanlarda  könlü eşqlə, yanğı ilə dolu bir adam gündüzlər əlində çıraq çarçıda-bazarda gəzib-dolaşarmış... Bir gün birisi ondan soruşur ki: “Günün günorta çağı əlindəki fənərlə dükan-bazarda nə axtarırsan belə? Gün işığında əlində tutduğun bu çıraqla nə tapa bilərsən axı? Yoxsa, bu camaatı ələ salmısan sən?”

Əliçıraqlı adam deyir: “Hər tərəfdə mən İlahinin nəfəsiylə diri olan gerçək insanı, könlü İlahi mərifətlərlə dolu bir insan axtarıram! Deyırəm görən, belə bir adam varmı?”

Bu sözü eşidən birisi deyir: “Ey insan, görmürsən ki, bu çarçı-bazar adamla doludur?”

Əlində fənər tutan adam ona diqqətlə baxaraq, dillənir: “İki yol ayrıcında ikən hiddətlənib özündən çıxmayan, tamaha uymayan, öz ehtirasını cilovlaya bilən, nəfsani istəklərinə qalib gələn insanın ax-tarışındayam mən! Əsəbiləşdiyi zaman şəhvət tələsinə şikar olduğu vaxt özünə “Dur!” – deyən, səbir edib dözən insan oğlu hardadır, gö-rəsən?! Elə buna görə də mən hər gün küçə-küçə, məhəllə-məhəllə dolaşıb, belə birisni axtarıram! Dünyada bu iki halda – yəni hiddətə və şəhvətə qapılanda özünü cilovlayan, səbirli davranan, dözən adamı mənə göstərin. Tapsanız, günü bu gün canımı ona fəda etməyə hazıram!”

Bu  öykü  hz. Mövlanənin sevə-sevə oxuduğum “Məsnəvi”sin-dəndir. Hərdən böyük filosof Diogenin adıyla da bağlayırlar. Bu öykünün sətiraltı anlamı incə mətləblər çatdırır, ciddi-ciddi düşünməyə səsləyir. Yüz illər keçib amma sanki bu gün üçün yazılıb. Bu gün də gerçək insanların  sayı  o qədər azalıb ki..! – Bu öykünün qəhrəmanı kimi gündüzlər çıraqla aranacaq qədər...

Gerçək insan anlayışına bu kiçik öyküdə yetərincə aydınlıq gətirilib. Çevrəmizdə çoxdumu  belə  insanlar? Diqqətlə baxın... sonra isə düşünün... – Özümüzdən başlaya bilmək üçün... Toplumun mənəvi təmizlənməsi üçün... Düşünmək... Təkcə bu günü yox, həm də sabahı...

P.S: Yeri gəlmişkən, bu öykü o qədər şairə mövzu verib ki!.. Birini heç unutmuram – xalq şairi Rəsul Rza yazıb: “Dərdini kimə deyəsən, dünya dolu adamdı...”







30 Avqust, 2014  08:30 Baxılıb: 1265 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner