Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda “Zəfər bayramı” – FOTOLAR

“Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü” Türkiyənin Azərbaycandakı səfirliyində təntənəli şəkildə qeyd edilib.

Simsar.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirinin təşkil etdiyi qəbulda səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və media təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən səfir İsmayıl Alper Coşqun, türk xalqının Atatürkün rəhbərliyi altında 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığına diqqət çəkib: “Bu tarixi zəfər türk ulusunun sarsılmazlığının və iradəsinin nümunəsidir və bütün bunların nəticəsində bugünkü qüdrətli Türkiyə dövləti yaranıb”.

Türkiyənin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler, çıxışında istiqlaliyyət uğrunda apardılan şərəfli və ağır mübarizə yolundan bəhs edib: “Böyük öndər Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipini rəhbər tutan Türkiyə hərbçiləri, dünyanın bir çox yerində sülhməramlı missiya yerinə yetirirlər. Türk ordusu bundan sonra da dünyada barışın təminatı üçün şəfrəflə mübarizə aparacaqlar”.

Rəsmi hissədən sonra qonaqların şərəfinə ziyafət təşkil edilib.

 

Vüsal Qarayev







30 Avqust, 2014  08:49 Baxılıb: 947 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner