Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Jirinovskidən şok bəyanat

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin fikrincə, Rusiya Qazaxıstanı tutmalıdır.

Simsar.az-ın məlumatına görə, o, iddiasına səbəb kimi Qazaxıstanda da Rusiyaya qarşı əhvalın üstünlük təşkil etməsini göstərir.

Bu barədə qalmaqallı siyasətçi “Exo Moskvı” nəşrinə müsahibəsində bildirib.

“Qazaxıstanın bütün yeni dərsliklərində antirus əhvali-ruhiyəsi sezilir. Halbuki Rusiya Qazaxıstanı zəbt etməyib, ona köməyə gəlmişdi. O dövrdə qazaxları cunqarlar doğrayırdı və rus ordusu cunqarları Çinə qovur - orda da onlar indi oturublar”- deyə Jirinovski deyib.

“Qazax ulusları rus çarına müraciət ediblər, yalvarırdılar, ayaqlarına dolanırdılar. “Xilas edin biz qazaxları, yoxsa hamımızı cunqarlar doğrayacaq”. Rus çarı ordu göndərir və şimali Qazaxıstanı azad edir”- deyə siyasətçi bildirir.

Onun sözlərinə görə, Qazaxıstanda çoxlu rus adları ilə şəhərlər var: Semireçye, Ust-Kamenoqorsk, Artemyevsk, Semipalatinsk.

Siyasətçi hesab edir ki, Bolşeviklər gələndə onlar hər şeyi pozur. Milli iddia hazırkı Ukraynadakı vəziyyətə gətirib çıxarır.

Bundan əlavə, Jirinovski daha bir neçə sensasion bəyanatlar verib. Belə ki, lideri olduğu partiyanın bayrağındakı mavi-sarı rənglər, hazırkı “faşist rejiminin” (Ukrayna bayrağı) rəngi olduğuna görə dəyişiləcək.

Rusiya prezidenti Vladimir Putinin adına yeni “ali hökmdar” vəzifəsinin verilməsi, hazırkı Rusiya 3 rəngini imperiya bayrağına (qara-sarı-ağ) dəyişilməsi, Rusiya himninin “İlahi, çarı qoru” mahnısına dəyişilməsi Jirinovskinin təklifləri sırasındadır.






30 Avqust, 2014  08:16 Baxılıb: 740 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner