Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gürcüstan prezidenti Şeyxə orden verdi

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili avqustun 29-da Prezident sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və bütün Gürcüstanın katolikos-patriarxı II İliyanı qəbul edib.

Gürcüstan Prezidenti Administrasiyasından verilən məlumata görə, G.Marqvelaşvili Allahşükür Paşazadəni "Şəfəq" ordenilə təltif edib.

Dövlət başçısı Gürcüstan və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə, müxtəlif konfessiyaların nümayəndələrinin dinc şəraitdə yaşamasına verdiyi töhfəyə görə QMİ sədrinə təşəkkür edib. Mükafatlandırma mərasimində Milli Məclisin deputatları da iştirak ediblər.

Öz növbəsində, Şeyxülislam A.Paşazadə Gürcüstan Prezidentinə minnətdarlığını bildirərək qeyd edib ki, mükafatı iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi sahəsində xidmətlərinin tanınması kimi qiymətləndirir.

QMİ sədri Gürcüstana avqustun 29-da səfər edib və burada 65 illik yubileyini qeyd edəcək.

 






29 Avqust, 2014  17:01 Baxılıb: 609 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner